Modern.az

Dünyanın yeddi möcüzəsi!..

Dünyanın yeddi möcüzəsi!..

Dünya

8 Sentyabr 2014, 12:42

Qənirə Paşayeva,
millət vəkili

On illərdir insanların beyinlərinə bu möcüzələr, Misir Piramidaları, Tac Mahal, Çin səddi… kimi anlayışlarla daxil  olub. Yaxşı, bəs gerçəkdən də dünyanın yeddi möcüzəsi onlardırmı? Möcüzədimi onlar? – Heç bu barədə bilgiləri oxuyanda, “doğrumu, yalanmı?” deyə düşündünüzmü? Düşünmədinizsə, sizə deyim, bu barədə az da olsa, gerçəkdən (və  gerçəkçi!) düşünənlər, əslində dünyanın yeddi möcüzəsinin  başqa şeylər olduğunu söyləyərək, onların dəyərini bilməyə  səsləyənlər var...

Bir gün bir qrup tələbədən çağdaş dünyanın yeddi möcüzəsinin nələr olduğunu düşündüklərinə dair bir siyahı hazırlamaları istənildi. Aralarında bəzi anlaşmazlığın çıxmasına baxmayaraq, ən çox səs alan “dünya möcüzələri” bu cür  sıralandı:

Misirin Böyük Ehramları;

Tac Mahal;

Çin səddi;

Böyük Kanyon;

Panama Kanalı;

Empire State binası;

Müqəddəs Pyotr kilsəsi...

Müəllim səsləri toplayarkən səssizcə dayanan bir tələbə  qızın hələ də kağızını vermədiyini fərq edir... Sonra tələbə-sinə hazırladığı siyahı ilə bağlı bir problemin olub-olmadığını sual edir. Tələbə qız isə “Bəli, bir az... O qədər çox şey  var ki, qərar verə bilmirəm” deyir... Müəllim də tələbəsinə  “Yaxşı, de görüm, siyahında nələr var, bəlkə biz sənə yar-dımçı ola bilərik” söyləyir.

Tələbə qız öncə duruxar və sonra oxumağa başlayır:

“Məncə, Dünyanın Yeddi Möcüzəsi:

Görmək;

Duymaq;

Toxunmaq;

Dadmaq;

Hiss etmək;

Gülmək;

Sevmək...”dir...

Gerçəkdən də məhz onlardır dünyanın yeddi möcüzəsi...

Onların biri olmadığı halda həyatınızı düşünün... sadəcə bir  anlıq... O zaman gerçəkdən də məhz onların dünyanın yeddi  möcüzəsi olduğunu anlayacaqsınız. Bu yeddi möcüzəyə malik insanlar isə nə üzüntüləri, çətinlikləri, əziyyətləri olsa da,  dünyanın ən xoşbəxt insanlarıdır.

O üzdən dünyanın yeddi möcüzəsini başqa yerdə deyil,  özümüzdə aramalı, şükr etməli və bizə bunları bəxş edən Yaradana (möcüzələrinə) layiqli bəndələr olmağa çalışmalıyıq.

Daha öncəki sıralananlar da qeyri-adi əsərlər, hadisələrdir,  təbii – ancaq insan yaradan, insan əli ilə biçimlənənlərdir...

Oysa, möcüzə ilahi qatlıdır, ilahidən gəlmə hadisədir, onları  bəndə verə, tasarlaya bilməzdi, onlarsız bəndə nə edə bilərdi?!. – Görməsə, Duymasa,Toxunmasa, Dadmasa, Hiss etməsə, Gülməsə, Sevməsə?..

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir