Modern.az

Təyyarənin “qara qutu”sunun ixtiraçısı vəfat edib

Təyyarənin “qara qutu”sunun ixtiraçısı vəfat edib

21 İyul 2010, 16:51

Xarici mətbuat xəbər verir ki, təyyarələrdə “qara qutu” adlandırılan qeydiyyat qurğusunun ixtiraçısı, Avstraliya mühəndisi Devid Uorren 85 yaşında vəfat edib.
Uorren Avstraliyada doğulub. Hələ 9 yaşında ikən gələcək ixtiraçının atası təyyarə qəzasında həlak olub. Sonralar o, taleyini aviasiya sahəsi ilə bağlayıb. 1952-ci ildən Melburnda aeronavtika ETİ laboratoriyasında işləyən Devid Uorren ilk sərnişin reaktiv təyyarəsi olan “Comet”in qəzaya uğramasının səbəblərini araşdıran mütəxəssislər qrupuna daxil edilib. Pilotların danışıqlarını lentə almaq ideyası da elə o zaman yaranıb.
D.Uorren ilk “qara qutu”nu 1956-cı ildə təqdim edib. Lakin ixtira aviaşirkətləri maraqlandırmayıb. 1960-cı ildə isə Avstraliyada “qara qutu”ların mütləq qaydada bütün təyyarələrdə quraşdırılması barədə sərəncam verilib. Sonralar dünyanın digər ölkələri də bu hərəkata qoşulub. İndi “qara qutu”lar bütün sərnişin təyyarələrində quraşdırılır.
2007-ci ildə Devid Uorren zəmanəmizin 100 dahisi siyahısına daxil edilmiş yeganə avstraliyalı olub.
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir