Modern.az

Fransız öpüşü - Ondan bütün dünyanın gəncləri aktiv istifadə edir

Fransız öpüşü - Ondan bütün dünyanın gəncləri aktiv istifadə edir

9 Sentyabr 2014, 15:09


Dünən – 8 sentyabr Fransız öpüşü gnüydü. Bəs Fransız öpüşü nədir?
Fransız öpüşü ən məşhur və ehtiraslı öpüş növlərindən biri hesab olunur. Belə öpüşlərin əsas özəlliyi tərəflərin dillərindən aktiv istifadə etməsidir. Fransızlar öz növbəsində buna “baiser amoureux”, yəni sevgi öpüşü adını veriblər. Dodaq, dil və ağız boşluğu hərəkətə gəldiyi üçün “fransız öpüşü” çox ehtiraslı və davamlı olur. Modern.az saytı xəbər verir ki, belə öpüşlər 30 saniyədən bir neçə dəqiqəyə qədər davam edir. Bu müddətə tərəflər yalnız burunları vasitəsilə nəfəs almalıdır.

Amma “fransız öpüşü”nün təhlükəli cəhətləri də var. Belə ki, dildən aktiv istifadə olunduğu üçün bu zaman ağız şirəsi vasitəsilə insanlara müxtəlif infeksiyalar keçə bilər. Xüsusən mononukleoz infeksiyası bu mənada təhlükəli sayılır. Təsadüfi deyil ki, fransızların özləri bunu “öpüş xəstəliyi” adlandırırlar.

“Frnasiz öpüşü”nün yaranma tarixinə gəldikdə, adından göründüyü kimi, bu “fizioloji proses”in vətəni Fransa sayılır. Əfsanəyə görə, orta əsrlərdə varlı parisli xanım Fransa əyalətlərini gəzmək qərarına gəlir. O, səfərlərin birində nahar etmək üçün kiçik kəndlərdən birində dayanmağa qərar verir. Həmin kənd isə öz məşhur çaxır ustası Filip Trua və onun zəngin çaxır anbarları ilə tanınırdı. Aristokrat qadın dərhal Trua ilə görüşür və onun çaxır hazırlama sirrini öyrənmək istəyir. O isə cavabında bunun sirrini hər səhər yuxudan tez duraraq sahədəki bütün üzüm salxımlarını öpməsi ilə əlaqələndirir. Trua bunu sübut etmək üçün həmin məşhur öpüşdən parisli xanıma da hədiyyə edir. Fransızların inancına görə, həmin öpüş məhz fransız öpüşü olur. Parisə döndükdən sonra aristokrat xanım bu öpüşün yayılmasına rəvac verir.

Fransız öpüşü dünyanın ən ekstremal və texniki baxımdan çətin öpüşü sayılsa da, onun verdiyi həzz bir o qədər çoxdur. Təsadüfi deyil ki, bu öpüşdən yalnız Fransada deyil, bütün dünyadakı gənclər aktiv istifadə edirlər.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi