Modern.az

Sabah Qarabağ mövzusunda yazan jurnalistlər mükafatlandırılacaqlar

Sabah Qarabağ mövzusunda yazan jurnalistlər mükafatlandırılacaqlar

Media

21 İyul 2010, 18:11

Modern.az saytı xəbər verir ki, Azərbaycan Sosial Rifah Partiyası (ASRP) “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi ilə birlikdə Milli Mətbuatımızın 135 illiyi, habelə 2010-cu ilin “Qarabağ ili” elan edilməsi ilə əlaqədar erməni təcavüzü və onun Azərbaycan xalqı üçün törətdiyi fəlakətləri əks etdirən mövzularda yazılar üzrə

bir müddət öncə

müsabiqə elan etmişdi.

st1:*{behavior:url(#ieooui) }

Müsabiqədə iştirak etmək istəyənlərə altı mövzu - “İşğal olunmuş ərazilərin təbii-iqtisadi potensialı və onun beynəlxalq standartlar üzrə qiymətləndirilən dəyəri”, “İşğal altında olan ərazilərin ekoloji vəziyyətinin müqayisəli təhlili (1988-2010)”, “Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafına erməni işğalının vurduğu ziyan”, “Azərbaycanlıların sosial durumuna erməni təcavüzünün sarsıntıları və onun təsiri”, “Hərbi xərclərin artımı, qaçqın və məcburi köçkünlərin maddi-mənəvi təminatı problemləri”, “Münaqişənin həllinin uzadılması: regional və qlobal geosiyasi aspektlərlə bağlı olan maddi-mənəvi ziyanlar” mövzuları təklif olunmuşdu. 

Azərbaycan Sosial Rifah Partiyası

müsabiqənin yekunları ilə bağlı mətbuat üçün açıqlama yayıb. Məlumatda bildirilir ki, müsabiqə yekunlaşıb və sabah “Xalq” Mətbuat Mərkəzində qaliblər mükafatlandırılacaqlar. Müsabiqə iştirakçıları arasında “Xalq”, “Respublika”, “525-ci qəzet”, “Kaspi”, “Üç nöqtə”, “Şərq” qəzetlərinin, Modern.az saytının və digər media quruluşlarının təmsilçiləri var. 

Modern.az

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi