Modern.az

Bir qrup jurnalist İsveçə gedəcək

Bir qrup jurnalist İsveçə gedəcək

22 İyul 2010, 12:54

Azərbaycan Media Mərkəzi seçimi müsabiqəyə əsasən aparacaq

 

Azərbaycan Media Mərkəzi bu ilin oktyabrında 7 nəfərdən ibarət jurnalist qrupunun Stokholma səfərini təşkil edəcək. Səfərin məqsədi sentyabrda İsveçdə keçiriləcək parlament seçkilərində mətbuatın işi, seçkinin keçirilmə prosesi ilə tanış olmaqdır.

 

Media Mərkəzinin layihələr üzrə koordinatoru Seymur Kazımovun dediyinə görə, səfərdə iştirak edəcək jurnalistləri seçmək üçün yazı müsabiqəsi keçiriləcək. Artıq dünəndən etibarən həmin müsabiqəyə start verilib. Jurnalistlər seçkiyə dair 3 istiqamətdə yazı hazırlaya bilərlər:

 

Seçki kampaniyası dönəmində yeni medianın açdığı imkanlardan necə yararlanmaq olar?

Yazı  müsabiqəsi avqustun 29-na qədər davam edəcək. Yazının həcmi 1000 sözdən az olmamalıdır. Təşkilatçılar müsabiqə üçün hazırlanan yazıların dövrü mətbuatda çap olunmasını arzu etmirlər. S.Kazımovun özlərinə görə, yazılar dərc edilsə, münsiflər hansısa yazını təsadüfən oxuyub onun müəllifinin kimliyini bilmiş olarlar. 

Modern.az
Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?