Modern.az

Qarabağ mövzusunda yazan jurnalistlər mükafatlandırıldılar

Qarabağ mövzusunda yazan jurnalistlər mükafatlandırıldılar

22 İyul 2010, 13:18

Modern.az saytı xəbər verir ki, iyulun 22-də “Xalq” Mətbuat Mərkəzində Azərbaycan Sosial Rifah Partiyası ilə “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Qarabağ mövzusunda elan etdiyi müsabiqənin yekunlarına dair tədbir keçirilib.

Tədbirdə qeyd edilib ki, müsabiqəyə ayrı-ayrı KİV-lərdə işləyən 25 jurnalist yazı təqdim edib. Münsiflər heyətinin qərarı ilə təklif olunan mövzu üzrə 12 ən yaxşı yazı qalib seçilib.

Müsabiqənin şərtlərinə görə I yer üçün 500 manat, II yer üçün 300 manat, III yer üçün 200 manat,  IV yer üçün 150 manat pul mükafatı müəyyən edilib.

Tədbir qaliblərin mükafatlandırılması ilə başa çatıb.

I yerə İctimai Televiziyanın İnformasiya departamentinin baş redaktoru Fizüli İsmayılov, II yerə “Xalq qəzeti”nin redaktoru Tahir Aydıoğlu layiq görülüb. III yeri isə “Azərbaycan” qəzetinin baş redaktorun müavini Amin Novruzov, “Şərq” qəzetinin əməkdaşı Rəşad Baxşəliyev, “Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev, “525-ci qəzet”in əməkdaşı Rufik İsmayılov və Modern.az sayıtının redaktoru Əfqan Qafarlı tutub. Münsiflər IV yerə “Üç nöqtə” qəzetinin əməkdaşı Əfsun Sucayevi və “Türküstan” qəzetinin baş redaktoru Aqil Camalı layiq görüblər. Mail Ağaxanov

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər