Modern.az

Sınaq imtahanlarında neçə bal toplamış müəllimlərin maaşı artacaq?

Sınaq imtahanlarında neçə bal toplamış müəllimlərin maaşı artacaq?

15 Sentyabr 2014, 13:24

Təhsil naziri Mikayıl Cabbarov ötən həftə müəllimlərin ənənəvi sentyabr konfransında bildirdi ki, Bakı şəhərində keçirilmiş sınaq qiymətləndirilməsində yaxşı nəticə göstərmiş müəllimlərin əmək haqlarının artırılması nəzərdə tutulub. Amma nazir maaş artımının sınaq imtahanlarında neçə bal toplamış müəllimlərə şamil olunacağını konkretləşdirmədi. Maraqlıdır, əməkhaqları artacaq müəllimlər sınaq qiymətləndirilməsində neçə bal topalayan pedaqoqlar olacaq?

Modern.az saytı bunu araşdırmağa çalışıb.
 
Təhsil Nazirliyindən də məsələ ilə əlaqədar sorğumuza cavabda bildirilib ki, Bakı şəhəri üzrə sınaq qiymətləndirilməsində ümumilikdə 357 məktəbin 28825 müəllimi iştirak edib. Bu isə,  Bakı şəhərindəki məktəblərdə çalışan müəllimlərin 96 faizini təşkil edir.

Qeyd edilib ki, sınaq qiymətləndirilməsində iştirak etmiş müəllimlərin 14,4 faiz zəif, 85,6 faizi isə qənaətbəxş nəticə göstərib. Qənaətbəxş nəticə göstərmiş müəllimlərdən 18,2 faizi yüksək bal toplayanlardır.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən Modern.az saytına məlum olub ki, sınaq qiymətləndirilməsində ixtisası üzrə 35 və daha çox bal toplamış müəllimlərin maaşının artacağı gözlənilir.

Məltəm Talıbzadə

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir