Özbəkistanda 100-dən çox yaşı olan 2 min 10 nəfər yaşayır. Özbək mətbuatı, 28 milyonluq əhaliyə sahib Özbəkistanda uzunömürlülərin statistikasını verib.
Yerli mətbuatda çıxan xəbərlərdə ölkədə 100-dən çox yaşı olan ən çox insanın Kaşqadərya vilayətində yaşadığı bildirilib. Kaşqadəryada yaş 100-ü keçən 309 nəfər var. Onlardan 287-si qadın, 22-si kişidir.
Paytaxt Daşkənd isə 100 yaşdan yuxarı sakinlərinə görə sonuncu yerdədir - 17 nəfər.
Özbəkistanda yaşayan 28 milyon əhalinin 17 milyonu işləyəndir.
Modern.az