Modern.az

Ukrayna Donbasa xüsusi status verdi

Ukrayna Donbasa xüsusi status verdi

16 Sentyabr 2014, 14:03



Bu gün Ukrayna Ali Radasında hərbi əməliyyatların aparıldığı Donetsk və Luqansk vilayətləri ilə bağlı xüsusi qanun layihəsi müzakirə olunacaq. Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, qanun layihəsi Luqansk və Donetsk vilayətindəki separatçılara amnistiyanın şamil olunmasını nəzərdə tutur. Lakin “qəsdən adam öldürmə”, “məmurların, hüquq mühafizə orqanlarının, hakimlərin həyatına qəsd”, “terrorizm”, “zorlama”və “qarətçilik” maddələri ilə ittiham olunanlar amnistiyadan faydalana bilməyəcək.

Maraqlıdır ki, Şərqi Ukraynada vuruşan separatçılar Poroşenkonun parlamentə təqdim etdiyi sənəddə “Luqansk və Donetskdəki hadisələrin iştirakçıları” kimi qeyd olunublar. Poroşenko planının başqa bir bəndində isə bu iki vilayətdə yaxın 3 il ərzində xüsusi idarəetmə formasının təşkil olunması təklif olunur. Şərqi Ukraynada yerli idarəetmə orqanlarına seçkilərin isə 2014-cü il noyabrın 9-da keçirilməsi təklif olunur. Sülh planı separatçılara Donetsk və Luqanskda xalq milis dəstələri yaratmağa, rus dilindən ictimai həyatda aktiv istifadə etməyə və Rusiya Federasiyası ilə qarşılıqlı əlaqələr qurmasına mane olmamağı da nəzərdə tutur.

Ukraynada prezidentinin Luqansk və Donetskdəki xüsusi nümayəndəsi İrina Geraşenko rəsmi Kiyevin güzəştləri qarşılığında Ukraynanın ərazi bütövlüyünün qorunmalı olduğunu xatırladıb. Xatırladaq ki, Pyotr Poroşenkonun Ali Radaya təqdim etdiyi qanun Ukraynanın Avropa Birliyi ilə assosiativ üzvlük haqqında razılaşması ilə eyni günə təsadüf edir.    

Modern.az
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər