Modern.az

"Bakı" Avroliqa ilə vidalaşdı, Qarabağ" mərhələ adladı

"Bakı" Avroliqa ilə vidalaşdı, Qarabağ" mərhələ adladı

23 İyul 2010, 11:02

Dünən UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində daha bir təmsilçimiz – “Bakı” da növbəti mərhələdən əlini üzüb.

Vinfrid Şeferin çalışdırdığı paytaxt klubu Bakıdakı ilk oyunda əzmkar qələbə qazansa da, cavab oyunu ərəfəsində çox pis duruma düşmüşdü. Məsələ buasındadır ki, cavab oyunundan bir neçə saat öncə məlum səbəblərdən UEFA Bakıdakı oyunun nəticəsini ləğv edərək, bakılıları 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırmışdı. Belədə komandamız "Buduçnost"u 3 top fərqi ilə yenmək məcburiyyətində qalmışdı. Çernoqoriyanın Podqoritsa şəhərindəki «Pod Qoritsom» stadionunda keçirilən oyuna daha fəal başlayan təmsilçimiz ilk yarıda iki qol vurmaqla, azalan ümidləri xeyli artırsa da, bundan artığına gücü çatmadı. İkinci hissədə də üstün oyun sərgiləyən bakılılar rəqib oyunçu Brnoviçin gözlənilməz qolundan sonra ruhdan düşdülər. Halbuki, istənilən halda daha iki qol vurmağa borclu olan futbolçularımız bunu həyata keçirməyə borclu idilər.
Beləliklə komandamız 1:2 hesabı ilə məğlub oldu.

***

Ağdamın “Qarabağ” futbol klubu isə Avropa Liqasının ikinci təsnifat mərhələsini adlayıb.

Səfərdə keçirdiyi ilk matçda Şimali İrlandiyanın “Portdaun” komandasına qalib gəlmiş (2:1) ağdamlılar iyulun 22-si Bakıda rəqiblə heç-heçə oynayıblar.
“Qarabağ” növbəti mərhələdə Polşanın “Visla” klubu ilə üz-üzə gələcək.


 
Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir