Modern.az

Metyu Brayza: "Toyumuzun xərclərini Heydər Babayevin çəkməsi haqda deyilənlər yalandır"

Metyu Brayza: "Toyumuzun xərclərini Heydər Babayevin çəkməsi haqda deyilənlər yalandır"

23 İyul 2010, 12:59

Amerikanın Azərbaycana səfir postuna namizədliyi müzakirə movzusu olan keçmiş həmsədr Metyu Brayza ABŞ rəhbərliyi tərəfdən özü və şəxsi həyatı barədə geniş araşdırmalar aparıldığını, lakin sonda onu gözdən sala biləcək hər hansı nəticə əldə olunmadığını deyib. Modern.az-ın məlumatına görə, Brayza bu barədə namizədliyinin ABŞ Senatının Xarici Əlaqələr Komitəsində müzakirəsindən sonra bildirib.

 

Brayza ayrıca olaraq türk olan həyat yoldaşı Zeyno Baranın peşəkar fəaliyyətindən dolayı qürur hissi keçirdiyini deyib. Bununla belə, Bryaza peşəkar fəaliyyətlərini özəl həyatlarından ayrı tutduqlarını bildirib. Bryaza 2007-ci ilin avqustunda İstanbuldakı toylarının maliyyə xərclərinin Azərbaycanın keçmiş iqtisadi inkişaf naziri Heydər Babayev tərəfindən öz üzərinə götürülməsi barədə xəbərləri kəskin dildə rədd edib. “Bütün bunlar yalandır. Toyumuza xaricdən hər hansı maliyyə dəstəyi olmadı. Bu, tamamilə ailə içində həll olundu”.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır