Modern.az

Prokuror Neft Akademiyasında qətl törətməkdə təqsirləndirilənlərə iş istəyib

Prokuror Neft Akademiyasında qətl törətməkdə təqsirləndirilənlərə iş istəyib

23 İyul 2010, 14:48

İyulun 23-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Azərbaycan Dövlət Neft Akademiyasında ötən ilin 30 aprelində törədilən qətliamla bağlı cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Prokuror təqsirləndirilən Nadir Əliyev, Cavidan Amirov, Nəcəf Süleymanovun ömürlük, Ariz Qabulovun isə 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Proses iyulun 30-da müdafiə tərəfinin çıxışı ilə davam edəcək.

Xatırladaq ki, sözügedən qətliamı Neft Akademiyasının ikinci korpusunun binasında Gürcüstan vətəndaşı Fərda Qədirov törədib. O, 12 nəfəri öldürüb, 13 nəfəri yaralayıb, sonra özünü güllələyib.

Bu iş üzrə Nadir Əliyev, Ariz Qabulov, Cavidan Əmirov və Nəcəf Süleymanov tutularaq istintaqa cəlb olunublar.

Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər