Modern.az

Dünyanın ən xoşbəxt və bədbəxt ölkələri - SİYAHI

Dünyanın ən xoşbəxt və bədbəxt ölkələri - SİYAHI

18 Sentyabr 2014, 23:22



“Gallup-Healthways” şirkətinin dərc etdiyi reytinqə görə, Panama dünyanın ən xoşbəxt ölkələri siyahısına başçılıq edir

Xarici KİV-lərin yaydığı məlumatda qeyd olunur ki, reytinqin ilk onluğuna Panamanın ardınca Kosta-Rika, Danimarka, Avstriya, Braziliya, Salvador, Uruqvay, İsveç, Kanada və Qvatemala gəlir.

Ən uğursuz ölkələr siyahısında Suriya, Əfqanıstan, Haiti, Konqo Demokratik Respublikası, Çad, Madaqaskar, Uqanda, Benin, Xorvatiya və Gürcüstan yer alıb.

“Gallup-Healthways” şirkətinin qlobal rifah reytinqi ölkələri vətəndaşların maddi rifahı, onların sosial müdafiə hissi, yaxınlarına münasibətləri, həyatdakı məqsədlərini anlaması, fiziki sağlamlıq kimi göstəricilər üzrə qiymətləndirir.

Mütəxəssislər qeyd ediblər ki, uğursuz ölkələr siyahısında tez-tez silahlı münaqişələrə cəlb edilən dövlətlər yer alır. Bununla yanaşı, xoşbəxtlik səviyyəsinə bəzən mentalitet xüsusiyyətləri təsir edir. Məsələn, regionlar üzrə ən yaxşı rifah göstəricisini Cənubi Amerika nümayiş etdirib. Hesabat müəlliflərinin fikrincə, buna optimist milli xarakter təsir göstərib. Müqayisə üçün qeyd edək ki, Şimali Amerikada ABŞ uğurlu ölkələr reytinqində yalnız 14-cü yerlə kifayətlənib. Kanadada hər üçüncü sakin beş göstəricidən üçü üzrə həyatdan razılığını bildirib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir