Modern.az

Əlvida, kirayə evlər!

Əlvida, kirayə evlər!

23 İyul 2010, 16:14

Nəhayət ki, jurnalistlərin mənzil məsələsi ilə bağlı ümidləri gerşəkləşdi. Düz beş il idi KİV –də şalışan media işçilərinin sosial vəziyyəti ilə bağlı Parlament Jurnalistlər Birliyi ardıcıl iş aparır təkliflər verirdi. Bu ilər ərzində biz  siyasi çəkişmələrin pərdəsi altında gizlədilmiş jurnalistlərin ağır sosial vəziyyətini tam çılpaqlığı ilə ortaya qoya bildik. Görülən iş nəhayət ki bəhrəsini verdi. Prezident İlham Əliyevin imzaladığı məlum fərman media strukturlarında əsl bayram əhvalı yaradıb.   

Bu illər ərzində bizə çox adam ağız büzdü, kinayəli, atmacalı replikalar atdı. Amma biz səbrli olduq. Dövlətimizə inandıq. Çünki bir vətəndaş olaraq Konstitutsiyada nəzərdə tutulmuş YAŞAMAQ və MƏNZİL hüququmuzun olduğuna səmimi qəlbdən inanırdıq. İnanırdıq ki, dövlətimiz bizi tək qoymayacaq. Bu illər ərzində medianın ağır sosial durumrundan istifadə edərək bizi siyasi intiriqalara da cəlb etmək istədilər.  Alınmadı. “Qul olacaqsınız, azadlığınızı əlinizdən alacaqlar” kimi mesajlar əslində bizi apardığımız işin vacibliyinə bir daha inandırırdı.

Mətbuatda 15 ilə yaxın çalışan jurnalist kimi deyəcəyim çox sözlər var. Bizə çamur ataraq arxada apardığımız işi  ələ salan bir sıra media adamlarının keçmişi və sosia durumu yaxşı yadımdadır.  O illərdə ilk fürsətdəcə özlərinin sosial vəziyyətlərini, güzəranlarını düzəldən bu şəxslər sadə jurnalist əməyinin layiqli qiymətini belə vermirdilər. Amma bu o demək deyil ki, biz tək idik.. Xeyr. Bu illər ərzində Mətbuat Şurası, xeyli sayda millət vəkilləri, aparıcı qəzetlərin baş redaktorları daim bizə dəstək olmuş, lazımi köməklərini göstərmişlər.

 

Bu qərarın qəbulunda prezident İlham Əliyevin siyasi iradəsinin rolu şəksizdir.  İndiyə qədər jurnalistlərin sosial problemlərini belə yüksək səviyyədə həlli olmamışdı.  Halbuki Azərbaycanın son illərdə artan inkişaf tempi, gəlirləri media sektoru kimi elitar sahəni kənarda qoya biməzdi. Sosial problemlər, mərhumiyyətlər girdabında itib batan qəzəbli jurnalistika istər-istəməz siyasi intiriqaların daşıyıcısına çevrilmişdi.. Prezident bu addımı atmaqla əslində media sferasına əlavə bir stimul verdi. Jurnalistlərə yaradıcılıq azadlığı üçün bundan yaxşı fürsət tanımıram. Bir dəfə yazmışdım. Bəşəriyyət taraxində evin mistik anlamı var.  Romul və Rem Pomanın əsasını qoyanda ilk olaraq ev tikirlər. Məhəmməd peyğəmbər Mədinəyə gələndə onun ayrıca ev inşa edirlər. Niyə? Çünki sığınacaq yeri olamayan insan yarada və parlaq ideyalar uğrunda fəaliyyət göstərə bilməz.

 

Butün evzis, neçə illərdi kirayələrdə ömür çürüdən jurnalist qardaşlarımı təbrik edirəm! Kirli-nəmli divarların, paslı krantların, köhnə-kürüş stol və stulların əhatəsində yaşadığımız kirayə mənzillərə əlvida deməyə az qaldı..  Təşəkkürlər, cənab prezident!

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir