Modern.az

Azərbaycan Prezidenti Gürcüstanın baş nazirini qəbul edib

Azərbaycan Prezidenti Gürcüstanın baş nazirini qəbul edib

23 İyul 2010, 16:38

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 23-də Gürcüstanın Baş naziri Nika Qilaurini qəbul edib. (AzərTAc)
Baş nazir Nika Qilauri Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyevin Gürcüstana son səfərinə toxunan baş nazir bu səfər zamanı əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində qəbul edilən qərarların önəmini vurğulayıb. O, ölkəmizə səfərinin əsas məqsədlərindən birinin həmin qərarların yerinə yetirilməsi ilə bağlı olduğunu qeyd edib.
Batumidə danışıqların yekunları ilə bağlı hökumətə müvafiq tapşırıqlar verdiyini bildirən dövlət başçısı Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyasının iclaslarında bu məsələlərin həllinin reallaşacağına ümidvar olduğunu söyləyib.
Dövlət başçısı Gürcüstan Prezidenti Mixail Saakaşvilinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Gürcüstanın dövlət başçısına çatdırmağı xahiş edib.
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir