Modern.az

Türkiyəli jurnalistlər Mətbuat Şurasında olublar

Türkiyəli jurnalistlər Mətbuat Şurasında olublar

23 İyul 2010, 18:53


Azərbaycan Parlament Jurnalistləri Birliyinin (PJB) dəvətilə Bakıda səfərdə olan Türkiyə Qəzetçilər Federasiyasının (TGF) nümayəndə heyəti iyulun 23-də Mətbuat Şurasını ziyarət edib. Qeyd edək ki, nümayəndə heyətinə Türkiyə Qəzetçilər Federasiyasınınsədri Atilla Sertel, NTV-nin buro rəhbəri, TGF-nin baş katibi Merih Ak, Sakarya Qəzetçilər Cəmiyyətinin sədri Matur Sefai və Kayseri Qəzetçilər Cəmiyyətinin sədri Vəli Altınkaya daxildir.

Türkiyəli həmkarlarımızı qəbul edən Mətbuat Şurasının sədri Əflatun Amaşov Türkiyə və  Azərbaycan mətbuatının durumu, Azərbaycan-Türkiyə jurnalistləri arasındakı əlaqələrdən söz açıb.
Türkiyə Qəzetçilər Federasiyasının nümayəndə heyəti ilə fikir mübadiləsində Parlament Jurnalistləri Birliyinin sədr müavini Aqil Aslan da iştirak edib.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi