Modern.az

Bir qrup jurnalistə FHN-lə "Əməkdaşlığa görə" döş nişanı verilib

Bir qrup jurnalistə FHN-lə "Əməkdaşlığa görə" döş nişanı verilib

24 İyul 2010, 17:35

Fövqəladə Hallar Nazirliyində (FHN) milli mətbuatın 135 illik yubileyi ilə bağlı kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş keçirilib.

Modern.az xəbər verir ki, yubiley münasibətilə jurnalistləri təbrik edən fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev Azərbaycan milli mətbuatının zəngin ənənələrindən, mətbuata dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıb. Fövqəladə Hallar Nazirliyinin çoxşaxəli fəaliyyətinin ölkə ictimaiyyətinə çatdırılmasında jurnalistlərin əməyini təqdir edən nazir müavini Orucəli Hacıyev onlara yaradıcılıq uğurları arzulayıb.

Mərasimdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi şöbəsinin sektor müdiri Vüqar Əliyev çıxış edib.

Görüşün sonunda Milli Mətbuat günü münasibəsilə fövqəladə halların nəticələrinin aradan qaldırılması əməliyyatlarında iştirak zamanı göstərdikləri fədakarlığa və həmrəyliyə, habelə faydalı əməkdaşlığa görə bir qrup jurnalistə Fövqəladə Hallar Nazirliyinin "Əməkdaşlığa görə" döş nişanı təqdim edilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu