Modern.az

Musiqi festivalında 19 nəfər ölüb, 300 adam yaralanıb

Musiqi festivalında 19 nəfər ölüb, 300 adam yaralanıb

25 İyul 2010, 19:45

Almaniyanın Duysburq şəhərində keçirilən «Sevgi paradı» adlı festival faciəli sonluqla başa çatıb.
Xarici mətbuatın məlumatına görə, 1 milyondan çox adamın iştirak etdiyi festivalda yaranmış təlaş ardınca basabasda 19 adam ayaq altında qalaraq həlak olub.

İstintaqın aparıldığı bir vaxtda təşkilatçıların ünvanına ittihamlar səslənir. Hadisədən salamat çıxanlar festival ərazisinin izdiham üçün dar olduğunu bildirirlər. Ölənlərdən çoxu paradın keçirildiyi yerlə dəmir yolunu bağlayan tunelin girişində tapdalanıblar.

Şahidlər hadisədən əvvəl tunelin dar olduğu ilə bağlı polisi xəbərdar etdiklərini bildirirlər. Lakin bu xəbərdarlıqlara məhəl qoyulmayıb. Duysburg şəhərinin meri “ Məhəbbət Paradı ” festivalında baş verənlərlə bağlı geniş istintaqın keçiriləcəyini bildirib.

Təşkilatçılar bildiriblər ki, 1989-cu ildən Almaniyada keçirilən “ Love Parade” musiqi festivalı bir daha təşkil olunmayacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi