Modern.az

Gəncədə 25 yaşlı ər 25 yaşlı arvadını öldürüb

Gəncədə 25 yaşlı ər 25 yaşlı arvadını öldürüb

26 İyul 2010, 10:54
 Respublika Prokurorluğunun mətbuat xidməti Gəncə şəhərində törədilən qətllə bağlı məlumat yayıb. Məlumata görə, iyulun 25-də Gəncə şəhər sakini, 1985-ci il təvəllüdlü Cəfərova Aysel Fəxrəddin qızının, əri - 1985-ci il təvəllüdlü Cəfərov Ramil Əli oğlu tərəfindən Yeni Gəncə qəsəbəsində yerləşən istirahət parkında öldürülməsi barədə Gəncə şəhər Polis İdarəsinə xəbər daxil olub.

Şəhər prokurorluğu və şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertin iştirakı ilə hadisə yeri və meyitə foto və video çəkilişlər aparılmaqla baxış keçirilib, meyitin xarici müayinəsi aparılıb.

Aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, ailə-məişət zəminində aralarında baş vermiş mübahisə zamanı R.Cəfərov iyulun 25-də saat 16.00 radələrində şəhərin Yeni Gəncə qəsəbəsində yerləşən istirahət parkında arvadını qəsdən öldürmək məqsədi ilə sol əli ilə boğaraq həyatdan məhrum edib.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanmış, A.Cəfərovanın ölümünün səbəblərinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin olunub.

Cinayəti törətməkdə şübhəli bilinən R.Cəfərov həmin gün saxlanılıb və o, dindirilərkən törətdiyi cinayət əməlini tam etiraf edib.

Hazırda iş üzrə istintaq şəhər prokurorluğunda davam etdirilir 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır