Modern.az

Əli Həsənov türkiyəli jurnalistləri qəbul edib

Əli Həsənov türkiyəli jurnalistləri qəbul edib

26 İyul 2010, 11:10

Azərbaycan Parlament Jurnalistləri Birliyinin (PJB) dəvətilə Bakıda səfərdə olan Türkiyə Qəzetçilər Federasiyasının (TGF) nümayəndə heyəti iyulun 24-də Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənovla görüşüb. Türkiyədən gəlmiş nümayəndə heyətində Türkiyə Qəzetçilər Federasiyasının sədri Atilla Sertel, NTV-nin buro rəhbəri, TGF-nin baş katibi Merih Ak, Sakarya Qəzetçilər Cəmiyyətinin sədri Matur Sefai və Kayseri Qəzetçilər Cəmiyyətinin sədri Vəli Altınkaya təmsil olunub.

Türkiyəli həmkarlarımızla görüşdə Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov Azərbaycan mətbuatının bugünki durumundan söhbət açıb. O, dövlət tərəfindən mətbuatın inkişafı istiqamətində atılan addımlardan danışıb. Türkiyəli jurnalistlər isə Azərbaycan qəzetlərində dizayn, başlıq, sərlövhə, keyfiyyət məsələsində müəyyən problemlərin olduğunu bildiriblər. “Dizayn elə olmalıdır ki, oxucunu cəlb etsin. Qəzetlərin çap keyfiyyəti də ürəkaçan deyil”-deyə türkiyəli jurnalistlər bildirblər.

Əli Həsənov bu istiqamətdə artıq işlərin getdiyini söyləyib: “Bu problemlər tezliklə öz həllini tapacaq. Artıq bu istiqamətdə işlərə gedir”.   Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin rəhbəri həmçinin Türkiyə Qəzetecilər Federasiyası ilə yeni böyük layihələrə də başlanılacağını qeyd edib. Qeyd edək ki, Azərbaycan Parlament Jurnalistləri Birliyinin dəvətilə Bakıya gələn türkiyəli jurnalistlər dünən vətənlərinə qayıdıblar. Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir