Modern.az

Avtovağzalda aksiya

Avtovağzalda aksiya

Qarabağ

26 İyul 2010, 11:18

“Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyi Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin maliyyə dəstəyi ilə Yol hərəkəti qaydalarına riayət edilməsində gənclər təşəbbüsü” layihəsi çərçivəsində aksiya keçirib.

Beynəlxalq Avtovağzal kompleksində reallaşan aksiya çərçivəsində birliyin könüllüləri sərnişinlərin və sürücülərin diqqətini yol təhlükəsizliyinə cəlb edərək, hər kəsi bu işdə təbliğatçı olmağa çağırıblar. Aksiya çərçivəsində yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında hər kəsin könüllü olaraq  bu işə dəstək verməsi təmin edilib. Aksiya zamanı sürücülər könüllülər tərəfindən yol mədəniyyətinə və avtomobilləri idarə edərkən təhlükəsizlik qaydalarına əməl etməyə çağırılıb,  piyadalar  onlar üçün nəzərdə tutulmuş keçidlərdən istifadə etməyə dəvət edilib.

Layihə icrasına uyğun olaraq, könüllülər seçilmiş sərnişin avtobuslarının üzərinə təbliğat vinillərini yerləşdirərək, aksiyanın əhatəliliyini təmin ediblər. Aksiya çərçivəsində piyada və sürücülərə, maarifləndirici bukletlər, döş nişanları və və diğər təbliğat vasitələri paylanılıb.

“Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyindən Modern.az-a bildirlib ki, layihənin davamı olaraq, şəhərdə əhalinin sıx olduqları yerlərdə piyada keçidlərində də  aksiyalar təşkil edərək piyadaların və sürücülərin yol mədəniyyətinə və qaydalarına əməl etmələrinə çağırış xarakterli tədbirlkərin təşkili davam edəcək. Həmçinin, DYP postlarında tanınmış insanlarla birlikdə könüllülər minik avtomobillərinin sürücülərinə maariflənddirici təbliğat bukletləri paylanılacaq. 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır