Modern.az

Qaynana bəyin ayağını yuyur, gəlin qaçırılır... - Dünyanın toy adətləri

Qaynana bəyin ayağını yuyur, gəlin qaçırılır... - Dünyanın toy adətləri

Dünya

23 Sentyabr 2014, 14:05

Bəzən Azərbaycanda, xüsusən də bölgələrdəki toy adətlərimizə ağız büzənlər olur. Hətta bu adətləri şiddətlə qınayanlar da var ki, çox vaxt dünya təcrübəsindən misallar gətirirlər. Doğrudanmı əcnəbilər bizim qədər “geriqalmış” deyil? 

Modern.az saytı dünya ölkələrinin toy adətləri ilə bağlı araşdırma aparıb.



Hindistan
da kürəkəni qayınanası qarşılayır, onun ayaqlarını yuyur və süd ilə bal verir. Bu ölkədə gəlin ağ yox, sarı gəlinlik geyinir. Lakin mərasim vaxtı o, ev paltarında dolaşır. Sonra ərinin ona hədiyyə etdiyi paltarı geyinir.

Bu ölkənin toy adətinə görə, bəy və gəlin çatılmış ocağın başına 4 dəfə fırlanır və sonra öz masalarına doğru qaçırlar. Tez çatan tərəfin evdə sözü keçir.


Afrikanın bəzi bölgələrində qızı ailəsindən istədikdən sonra qızın ailəsi razı olarsa, oğlan tərəf onlara pul və fıstıq verir. Gəlin bu payı oğlanla da bölüşür. Hətta həmin paydan onların arasını düzəldən şəxsə də çatır. Həmçinin toy vaxtı gəlinlə bəy kol süpürgənin üstündən hoppanır. Bununla onlar  keçmişin  təmizlənib, gələcəyin daha parlaq  olacağına inanırlar.



Danimarka
da gəlin öz toy gəlinliyini özü tikə bilməz. Hər atdığı tikişi göz yaşına səbəb ola bilər.


Macarıstan
da toy başlamazdan əvvəl gəlini qaçırırlar. Bəy onu xilas etmək üçün mübarizə aparmalıdır.



İsrail
də toylarda Qüds tək müqəddəs torpağın yox olmasını simvolizə edən içi şüşə parçaları ilə dolu dəsmalın üstünə çıxıb, onu ayaqları ilə əzirlər. Şüşələrin qırılması isə həyatdakı xoşbəxtlik və sevginin əlamətidir. 

Şimali Koreyada qadınlar 25, kişilər isə ancaq 27 yaşda evlənə bilər. Çünki ölkənin bununla bağlı qanunu var. Bu ölkədə hərbi xidmətə getməyən, dövlətə borcu olan şəxslər evlənə bilməz.
Ölkənin toy ənənəsində ördək və qaz önəmli yer tutur. Belə ki, qədim toy  adəti ilə evlənən oğlan  arxasında  qaz ilə bəyaz atın üstündə gəlinin evinə girərmiş. Hazırda bunun yerinə taxta qazdan istifadə edirlər. Taxta ördəyin toydan sonra gəlinin evinə yerləşdirilməsi adəti də var. Əgər bu ördəklər qarşılıqlı yerləşdirilərsə,  deməli cütlük yaxşı yola gedəcək, əksi olarsa, bu onların yola getməyəcəyi anlamına gəlir.



Pakistan
ın toy adətində  bəyin səbrini yoxlayırlar. Qızın ailəsi kürəkəni  imtahana çəkir.



Çex
toylarında gəlinlə bəy mərasimin təşkil edildiyi salona girərkən ayaqlarının altında boşqab qırılır. Onlar xoşbəxtliklərini təmin etmək üçün bu qırılmış boşqab qırıqlarını toplayırlar.



Çin
də bəyin ailəsi astroloji mütəxəssisə müraciət edərək evlənməyi düşünən cütlük haqqında rəy istəyir. Mütəxəssisin hazırladığı ulduz falını bəyin ailəsi uyğun hesab edərsə, uşaqlarının doğum tarixini, saatını qızın ailəsinə göndərir və onların da bunu etməsini tələb edir.

Digər maraqlı adət isə evlənən cütlüyün tort yerinə bir-birlərinə əriştə şorbası yedizdirmələridir.



Bolqarıstan
da toyda gəlin içində xırda pul, çiy yumurta və buğda ilə dolu boşqabı başının üstündən arxaya atar və geriyə baxmaz. Boşqab nə qədər kiçik parçalara ayrılarsa, bu, o qədər xoşbəxtlik deməkdir.



Fransa
da toydan sonra gəlinin dostları artıq qalan içkiləri toplayıb cütlüyə içirdir.



İsveçrə
də toya dəvət olmuş xanımlardan heç biri qırmızı paltarda gəlməz. Hansısa  xanımın qırmızı paltarla toya gəlməsi onun bəylə əvvəllər münasibəti olduğuna işarədir. Bu da toyda böyük davaya  səbəb ola bilər.

Məltəm Talıbzadə

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür