Modern.az

Əfqanıstan müharibəsi barədə məxfi məlumatlar açıqlandı

Əfqanıstan müharibəsi barədə məxfi məlumatlar açıqlandı

26 İyul 2010, 12:37

Amerika və Böyük Britaniya mətbuatında Əfqanıstan müharibəsi barədə məxfi məlumatlar açıqlanıb. Modern.az BBC-yə istinadən xəbər verir ki, məlumatlar Amerka hərbçilərinin Əfqanıstandakı hərbi əməliyyatları barədə əsil həqiqətləri üzə çıxarıb.  Material ABŞ-ın  “New York Times”, Böyük Britaniyanın “Qardian”, Almaniyanın “Der Spigel” qəzetlərində nəşr olunub. Məxfi materiallara dair minlərlə fayl məxfi sənədlər və məlumatların dərci sahəsində ixtisaslaşmış Wikileaks saytının əlinə keçib. Qəzetlər bu hadisəni məlumatların sızdırlması adlandırır. Wikileaks istifadəçiləri qeyd edir ki, onlar Əfqanıstan müharibəsində məxfi xidmət idarələrinin fəaliyyətinə dair 90 min hesabat əldə ediblər. Hesabatlar 6 illik hərbi əməliyyatlar gedişində hazırlanıb. Bu müddət ərzində mindən artıq amerikalı və 300 ingilis əsgəri həlak olub.

 

Ən populyar KİV-in əlinə keçmiş məxfi məlumatlardan Pentaqon da istifadə edib. Məlumat sızıntısı Amerika tarixində ən qlobal informasiya sızıntısı hesab olunur. Barak Obama administrasıyası  məxfi məlumatların dərici barədə qərar qəbul etdiyinə görə sayt rəhbərliyini  kəskin  tənqid edib. Lakin Wikileaks öz növbəsində məfxi məlumatları hansı mənbədən aldığını açıqlamır.

 

Ağ Evin rəsmi məlumtlarında qeyd olunur ki, məfxi materillarlada yer almış xaos Barak Obama hakimiyyətindən əvvəl baş verib.

Məxfi materiallar Əfqanıstanda amerikalıların həyatına təhlükə altına qoya, ABŞ-ın Əfqanıstana dair yeni strategiya  planına ciddi zərbə vura bilər.

Məxfi materiallardan məlum olur ki, koalisiya gücləri Əfqanıstan müharibəsini uduzub. Hərbçilər minlərlə dinc isanı qətlə yetirib və taliblər isə koalisiya  qüvvələrinə qarşı hücumları intensivləşdiriblər. Bu  məlumatlar uzun müddət KİV-dən gizlədilib. 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər