Modern.az

BP prezidentinin istefası ilə bağlı qərar qəbul olunmayıb

BP prezidentinin istefası ilə bağlı qərar qəbul olunmayıb

26 İyul 2010, 12:42

Böyük Britaniyanın bp kompaniyasının prezidenti Toni Hayvardun istefası ləngiyir. Modern.az BBC-yə istinadən xəbər verir ki, dünya mətbuatı Hayvardun yaxın  vaxtlarda istefa verəcəyini xəbər verib. Lakin ən son məlumata görə, bp rəhbərliyinə təmsil olunan şəxs BBC-yə verdiyi açıqlamada istefa ilə bağlı son qərarın qəbul olunmadığını deyib. Qeyd edək ki, Hayvardın istefası Meksika körfəzində neft sızıntısı ilə bağlı bp-nin  üzləşdiyi tənqidlərlə bağlıdır.

 

Xatırladaq ki, bp Meksika körfəzində neft sızıntısı fəlakətindən sonra 4 milyard dollar ziyana düşüb. 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir