Modern.az

Yaxın 3 gündə xəstələr üçün riskli, güclü isti hava olacaq

Yaxın 3 gündə xəstələr üçün riskli, güclü isti hava olacaq

Ölkə

26 İyul 2010, 12:48

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti yaxın 3 gün üçün hava proqnozunu açıqlayıb. Modern.az xəbər verir ki, Departamentin məlumatına görə, iyulun 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi, şimal-şərq küləyinin əsəcəyi gözlənilir.  Havanın temperaturu gecə 26-28 dərəcə, gündüz 36-39 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30 dərəcə olacaq.

İyulun 28-də hava şəraitinin günəşli keçəcəyi, şimal-şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 26-28 dərəcə, gündüz 35-38 dərəcə, bəzi yerlərdə 40 dərəcə isti olacaq.

İyulun 29-də hava şəraitinin günəşli keçəcəyi, şimal-şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 26-28 dərəcə, gündüz 36-39 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında

İyulun 27-də hava şəraitinin günəşli keçəcəyi, şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 22-26 dərəcə, gündüz 36-39, bəzi yerlərdə 41 dərəcə, dağlarda gecə 14-18 dərəcə, gündüz 26-31 dərəcə isti təşkil edəcək.

28-29 iyulda hava şəraitinin günəşli keçəcəyi, şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 23-28 dərəcə, gündüz 37-40 dərəcə, bəzi yerlərdə 42 dərəcə, dağlarda gecə 15-20 dərəcə, gündüz 28-33 dərəcə isti təşkil edəcək.

Tibbi meteoroloji proqnoz

Yaxın 3 gündə Abşeron yarımadasında güclü isti hava şəraiti əksər əhali üçün əlverişsiz, meteohəssas, xüsusən də ürək-damar xəstəliyi olan insanlar üşün risklidir. 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir