Modern.az

Doğulmamış körpə anasını xərçəngdən xilas edib

Doğulmamış körpə anasını xərçəngdən xilas edib

İqtisadiyyat

26 İyul 2010, 13:01

İngiltərədə Klara adlı hamilə qadın körpəsini itirdiyini düşünərək xəstəxanaya müraciət edəndə xərçəng xəstəliyindən xilas olduğunu öyrənib. Həkimlərə məlum olub ki, anasının bətnində olan körpə daxildəki xərçəng şişini təpikləyərək qoparıb və bununla da anasını xilas edib.

Hadisə Klaranın hamiləliyinin 26-cı həftəsində baş verib. Həkimlər bundan öncə ananın daxili orqanındakı xərçəngin müalicə edilməsi üçün uşağın alınmasını bildirmişdilər. Ancaq Klara körpəsindən imtina etməyib.

Uşağın həyatda qalmaq şansı çox az idi, amma uşaq da anası da dözüb. Doğulduğunda yalnız 1 kq 100 qram olan körpə dərhal reanimasiyaya alınıb. Ana oğul indi sağlamdırlar. Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi