Modern.az

“Vətənpərvər kimdir?”

“Vətənpərvər kimdir?”

Qarabağ

26 İyul 2010, 14:51

Gənclər üçün Təhsil Mərkəzinin cari ilin 15 aprelindən start verdiyi və 3 ay davam edən “Vətənpərvər kimdir?” sosioloji sorğusunun nəticələri açıqlan;b.

Mərkəzdən Modern.az-a verilən məlumata görə, əsas məqsəd gənclərimizin vətənpərlik haqqında təsəvvürlərini və bu sahədə mövcud olan problemləri öyrənmək, eləcə də bunun nəticəsi olaraq tədbirlər planı hazırlamaq olan sorğu 3000-dən artıq gənci əhatə edib.

Əsasən 14-25 yaş həddində olan gəncləri əhatə etmiş sorğu Bakı ilə yanaşı, 12 rayonda keçirilib.

Nəticələr belədir:

Sorğunun “Vətənpərvərlik deyiləndə nə başa düşürsünüz?” sualına “22% - vətənə məhəbbət hissi, 35% - vətəni hər yerdə təbliğ etmək, 41% - vətəni qorumaq, 2% - daxili hiss” cavablarını veriblər;  

“Gənclərimizdə vətənpərvərlik hisslərini necə qiymətləndirirsiz?” sualına isə “63% - ürəkaçan deyil, 21% - ürəkaçandır, 16% - zamanla müsbətə doğru düzələcək” fikrini bildirib. Ürəkaçan olmamasının əsas səbəbi kimi gənclərin Vətən və vətənpərvərlik anlayışları haqqında düzgün təsəvvürə malik olmadıqlarını və laqeyidlik olduqlarını qeyd edilib.  

“Vətənpərvərlik hissi necə formalaşmalıdır?” sualının isə nəticələri belə olub:  18% - ailədə, 37% - orta məktəbdə, 4% - ali təhsil ocaqlarında, 19% - ictimai təsisatlar vasitəsilə, 22% - insanın öz daxilində.

Sorğunun “Gənclərdə vətənpərvərlik hisslərinin artırılması üçün nə edilməlidir?” sualı gənclər tərəfindən belə cavablandırılıb: 33% - heç bir şey, o daxildə formalaşmalıdır, 20% - orta məktəblərdə dərs keçirilməlidir, 19% - televiziya və radiolarda təbliğat işi gücləndirilməlidir, 18% - ictimai təsisatlar bu sahədə ciddi iş görməlidir, 10% - uşaq yaşlarından valideynlərin tərbiyəsi.

Sonuncu “Gənclər özləri vətənpərvərliyin inkişafı üçün nə etməlidir?” sualı isə belə cavanlandırılıb:  8% - Vətənə ürəkdən bağlanmalıdırlar və sevməlidirlər, 26% - daxili təşəbbüslər göstərilməlidir, 34% - şəbəkələşməlidirlər, 29% - dərnək və klublar yaratmalıdırlar, 3% - heç bir şey etməməlidirlər.

 

Mərkəzin direktor müavini Elnur Axundovun sözlərinə görə sorğunun keçirilməsinin əsas səbəbi son zamanlarda gənclər arasında vətənpərliklə bağlı yalnış fikirlərin formalaşması, bunun geniş vüsət alması və vətənpərvərlik hisslərinin getdikcə süniləşməsidir. Onun fikirincə gənclər vətənpərvərlik haqqında danışmaqdansa, konkret işlər görməli, danışdıqlarını reallığa çevirməlidirlər.

Mərkəz sorğu vasitəsi ilə gənclərin “vətənpərvərlik” anlayışını necə qəbul etdiklərini, digər fikir və təkliflərini toplamaq, bunları analiz etmək, sonda ilk olaraq gənclərin vətənpərlik şəbəkələrinin və dərnəklərinin yaradılmasını planlaşdırır.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!