Modern.az

Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın olub

Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın olub

26 İyul 2010, 15:14

Bu gün saat 11:06-da Bakı şəhəri, Nizami rayonunda Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun 7 nömrəli sexində içərisində 1000 kub metr benzin olan rezervuarda yanğın baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və digər aidiyyəti qurumların 40-a qədər texnikası və 250 nəfər şəxsi heyəti hadisə yerinə cəlb olunub. Yanğın saat 13:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, xəsarət alan olmayıb. Yaxınlıqdakı digər rezervuarlar və zavodun istehsal sahələri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Hazırda soyutma işləri davam etdirilir. Yanğının baş vermə səbəbi araşdırılır.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir