Modern.az

Fərasət Qurbanov: "Bəzi QHT layihələri müsabiqədən kənarda qalacaq"

Fərasət Qurbanov: "Bəzi QHT layihələri müsabiqədən kənarda qalacaq"

26 İyul 2010, 16:06

Azərbaycan  Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2-ci maliyyə yardımı müsabiqəsinə 209 layihə daxil olub. Bu barədə Modern.az-a Şuranın icraçı katibi Fərasət Qurbanov məlumat verib. Şuranın QHT-lər üçün iyunun 24-də elan etdiyi qrant müsabiqəsinə layihə qəbulu iyulun 23-də başa çatıb. Fərasət Qurbanov deyir ki, 210 sonuncu rəqəm deyil, hələ poçt vasitəsilə gələn layhələrin bəziləri siyahıya salınmayıb. Bu rəqəm arta bilər:  “Amma bu heç də o demək deyil ki, layihələrin hər biri ekspertizaya buraxılacaq. Belə ki, ərizələrində səhv olan, istənilən sənəd çatışmazlığı olan layihələr müsabiqədən kənarda qalacaq

Hazırda Şuranın Katibliyi müsabiqəyə daxil olmuş layihə təkliflərinin ilkin seleksiyası və ekspertizaya hazırlanması ilə məşğuldur

”. Fərasət Qurbanovun sözlərinə görə, layihələrin çoxluğu güclü rəqabətin olacağından xəbər verir: “Müsabiqənin ümumi fondu 175 min manat nəzərdə tutulub. Amma bu rəqəm də dəyişə bilər”. F.Qurbanov deyib ki, nəticələr sentyanrın 1-dən tez açıqlanmayacaq.

Xumar 

Bayramqızı

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!