Modern.az

Ermənistandan Azərbaycana başsağlığı teleqramı

Ermənistandan Azərbaycana başsağlığı teleqramı

Ölkə

26 İyul 2010, 16:10

Ermənistanın Sambo Federasiysaı sambo üzrə Avropa çempionu, 16 yaşlı Azərbaycan idmançısı Mikayıl Orucovun Gürcüstanda faciəli surətdə həlak olması ilə əlaqədar başsağlığı verib. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki,  Ermənistan  Sambo Federasiyasının başçısı Levon Ayrapetyanı azərbaycanlı həmkarı Ceyhun Məmmədova başsağlığı teleqramı göndərib. “Ermənistan sambo Federasiyası Mikayılın qohumlarına, dostlarına, Azərbaycan Sambo Federasiyasının məşqçilərinə, idmançılara və bütün idman ictimaiyyətinə başsağlığı verir”,-deyə teleqramda bildirilir.

 

Qeyd edək ki, 16 yaşlı istedadlı samboçumuz dünən Gürcüstanın Dmanisi rayonunda keçirilən Azərbaycan və Gürcüstan Xalqları Dostluğu Günlərində iştirak edib.  Orucov bayramın rəsmi hissəsindən sonra dostları ilə birgə gölə gedib. O gölün bir sahilindən digər sahilinə üzmək istəyib, lakin buna nail ola bilməyib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır