Modern.az

Yol qəzalarında ölənlərin sayı artıb

Yol qəzalarında ölənlərin sayı artıb

27 İyul 2010, 10:45

1400 nəfərin sürücülük hüququ məhdudlaşdırılıb 2010-cu ilin 6 ayı  ərzində yol hərəkətinə nəzarət prosesində Dövlət Yol Polisi əməkdaşları 471639 yol hərəkəti qaydalarının pozuntusu faktı aşkar ediblər. Onlardan nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 11216, müəyyən olunmuş sürət həddinin aşılması üzrə 56953, ötmə qaydalarının pozulması üzrə 7229, yolayrıclarının keçilməsi qaydalarının pozulması üzrə 20303, sərnişin daşıma qaydalarının pozulması üzrə 2825 fakt müəyyənləşdirilib.

Qayda pozuntusuna görə 45715 sürücü yerində cərimə olunub, 1400 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb. Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

 

Ölənlərin sayı artıb

İdarənin məlumatına görə, yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində keçirilmiş profilaktik  tədbirlər nətiicəsində bütövlükdə respublika üzrə qəzalığın vəziyyəti nəzarətdə saxlanılıb. Hesabat dövrü ərzində respublika ərazisində 1160 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 376 nəfər həlak olub, 1204 nəfər yaralanıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yol nəqliyyat hadisələrinin sayı 42 (3,5%), yaralananların sayı 66 nəfər (5,2%) azalıb, həlak olanların sayı isə 6 nəfər (1,6%) artıb. Altı ayda Bakı şəhəri ərazisində 497 yol-nəqliyyat hadisəsi qeydə alınıb və bunların nəticəsində 162 nəfər həlak olub, 461 nəfər yaralanıb. 2009-cu ilin 1-ci yarımili ilə müqayisədə YNH-nin və yaralananların sayı uyğun olaraq 5 (0,9%) və 33 (6,7%) azalıb həlak olanların sayı isə 16 (10,9%) artıb. Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 94,4%-i (1095) sürücülərin yol hərəkəti qaydalarını pozmaları, o cümlədən 42,4%-i (492) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 24,3%-i (282) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 8,4%-i (98) yolayrıclarını keçmə qaydalarının pozulması, 2,3%-i (28) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib. 376 nəfər öləndən 295-i kişilər, 81-i qadınlardər Yol-nəqliyyat hadisələrinin 39,6%-ni (459) piyadaların vurulması təşkil edib, nəticədə 146 piyada həlak olub, 360 nəfər yaralanıb. 40 hadisə piyadaların yol hərəkəti qaydalarını pozmaları nəticəsində baş verib. Altı ayda respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələri nəticəsində 25 nəfər uşaq və yeniyetmə həlak olub, 102 nəfər yaralanıb. Həlak olanların 17, yaralananların isə 69 nəfəri piyadalardır. Ümumiyyətlə qeydə alınmış yol-nəqliyyat hadisələri nəticəsində həlak olmuş 376 nəfərdən 295-i kişilər, 81-i qadınlar, xəsarət almış 1204 nəfərdən isə 898-ni kişilər, 306-nı qadınlardır. 2010-cu ilin 1-ci yarımili ərzində respublika ərazisində 8 nəfərin həlak olması və 16 nəfərin yaranlanması ilə nəticələnmiş 24 hadisə bağlı qalıb. Bu hadisələrdən 15-i Bakı şəhərinin, 2-si Sumqayıt, 3-ü Abşeron, 1-i Şirvan, 1-i Astara, 1-i Goranboy şəhər-rayon polis orqanlarının, 1-i isə Ekoloji Nəzarət Yol Patrul Xidməti Bölüyünün xidməti ərazilərində qeydə alınıb. Yollarda aşkarlanan silah-sursat

DYP əməkdaşları tərəfindən altı ayda 7 ədəd “Kalaşnikov” avtomatı, 3 ədəd tapança, 2 ədəd «TOZ» markalı tüfəng, 2 ədəd ov tüfəngi, 5 ədəd əl qumbarası, 1821 ədəd müxtəlif kalibrli patron, 12 ədəd müxtəlif tip silah darağı və s. aşkar edilərək istintaq orqanlarına təhvil verilib. Bu sahədə Naxçıvan MR (Babək), İsmayıllı, Şamaxı, Samux, Qobustan, Quba, Qusar, Laçın, Zaqatala, Mingəçevir, Şəki Ş(R)PŞ DYPB-nin əməkdaşları fərqlənib. Hesabat dövründə  axtarışda olan 6 nəfər  yaxalanıb. Altı ayda 70 avtomobil qaçırılıb

2010-cu ilin 1-ci yarımili ərzində yol polisi digər xidmətləri ilə birgə 23 fakt üzrə 44 kq-dan çox narkotik maddə aşkar edib. Bu sahədə Biləsuvar, Cəlilabad, Tərtər, Xızı, Şamaxı, Astara, paytaxtın Qaradağ, Sabunçu, Yasamal DYP əməkdaşları fərqləniblər. 2010-cu ilin 1-ci yarımili ərzində BDYPİ-nə nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə 70 məlumat daxil olub ki, onlardan 62-si tapılmış, açılma faizi 88.5 % təşkil edib. BDYPİ-nin qeydiyyat-imtahan hissələrində avtonəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri zamanı məlumat bazası ilə axtarışda olan 60 avtomobil, habelə aqreqat nömrələrinin qeydiyyat  sənədləri ilə uyğunsuzluğu üzrə 212 fakt  aşkar olunaraq materiallar araşdırılması üçün təhqiqat  orqanlarına  göndərilib. Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub