Modern.az

“Hansısa “balqabaq” maşını sürür düz qarşıma, mən də məcbur olub siqnal verirəm”

“Hansısa “balqabaq” maşını sürür düz qarşıma, mən də məcbur olub siqnal verirəm”

27 İyul 2010, 12:00

Bakı böyük şəhərdir və paytaxtımızın bir çox narahatedici problemləri var.

Şəhər sakinlərini narahat edən problemlərdən biri avtomobillərin səsi, daha doğrusu yersiz verilən siqnallardır. Bu siqnallar təkcə gündüzlər deyil, gecələr də adamları narahat edir. Nəticədə küçələrdə hərəkət edən avtomobillərin yersiz siqnalları insanların əsəblərini pozur, onlarda stress yaradır. Bundan təngə gələn əksər adamlar əlacı söyüş söyməkdə görürlər. Modern.az-ın əməkdaşı bununla bağlı şəhərdə müşahidə aparıb. Küçədə avtobusun qulaqbatırıcı siqnalından diksinən Səkinə nənə də əsəbindən sürücüyı qarğış etməklə ürəyini boşaltdı. Səkinə nənəni qınamaq olmazdı, avtobus elə siqnal verdi ki, az qaldı qadın qorxudan yıxılsın. Söyüş, qarğış ünvanı olan sürücüləri söhbətə tuturam. 96 nömrəli avtobusun Alim adlı sürücüsü deyir ki, özünün də siqnal verməkdən zəhləsi gedir: “Amma nə edim, bir də görürsən hansısa “balqabaq”ın biri maşını sürür düz qarşıma, mən də məcbur qalıb siqnal verirəm. Bilirəm ki, bu səs ətrafdakı insanları çox narahat edir. Maksimum çalışıram ki, siqnaldan az istifadə edim. Bütün sürücülərə də demək istəyirəm ki, yavaş sürün, tələsməyin, evdə sizi gözləyənlər var”. Ayaqqabı satışı ilə məşğul olan Tural da maşın siqnallarından təngə gələnlərdəndir:  “Siqnal səsi eşidəndə mağazadan çıxıb söyürəm. Əlac yoxdu.  İstərdim elə yüksək cərimələr tətbiq eləsinlər ki. Yersiz siqnal verənlərin səsləri batsın. Onlardan pul çıxmasa, vəziyyət düzələn deyil”.

Taksi sürücüsü Əli fikirlərini belə ifadə edir: “Birdən tələsirsən, sinal verməlisən ki, yol versinlər. Arada bir də elə özümüz üçün siqnal veririk. Elə bilirəm bir siqnalla heç kimə bir şey olmaz. Siqnaldan şikayət edənlərin də maşını olsa, onlar da siqnal verərlər”.

Bakıda yaşayan Türkiyə vətəndaşı Əhməd söhbətə çəkdiyimiz növbəti respondent oldu: “Ya kardeş, bu sizde ne adetdir, arabalardan ele ses veriyorlar ki... Şaşırıq, elə biliyorum polis, ya da acil tıbbı yardım geliyor. Türkiyede şehirin içinde siqnal verenler cerimelenir. Sizde sanki yetişkinler deyil, uşaqlar maşın sürüyor. Çünki uşaqlar siqnal sesindən xoşlanırlar”.

Bakı küçələrində hər cür siqnal eşətmək olar: aşağı və yüksək səsli adi siqnallar, qadağan olunmuş çoxavazlı (heyvan, quş, silah səsli) siqnallar və s. Qeyd etdiyimiz kimi, belə siqnallar insanların istirahət hüququnu pozur, onların səhhətinə, psixoloji durumuna mənfi təsir göstərir. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev saytımıza bildirib ki, yol polisi yüksək avazlı siqnallarla bağlı reydləri həmişə davam etdirir. O, reydlar zamanı saxlanılan avtomobillərdən həmin səs siqnallarının açıldığını və sürüclərin inzibati məsuliyyətə cəlb edildiyini deyib: “Ümumiyyətlə, bütün rayonlarda bu kimi tədbirlər aparılır. İnzibati Xətalar Məcəlləsinə görə, güclü səs və ya sayrışan işıq siqnallarından, əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadəyə görə, inzibati xətanın törədilməsinə alət olan predmeti müsadirə etməklə 40-60 manatadək miqdarda cərimə tətbiq olunmalıdır.

 

Amma dəfələrlə inzibati məsulliyyətə cəlb olunan bahalı avtomobillərin sürücüləri var ki, onlara qarşı tətbiq olunan cəza tədbirləri effektli nəticə vermir. Yəni bu adamlar ya 40-60 manatlıq cəriməni özləri üçün qəpik-quruş sayır, ya da hansısa vəzifəli himayədarı hesabına yol polisinin əmrlərinə tabe olmurlar. Vüqar Ağamalıoğlu

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı