Modern.az

Türkiyədə 70 milyon vətəndaşın şəxsi məlumatlarını oğurlayan dəstə yaxalanıb

Türkiyədə 70 milyon vətəndaşın şəxsi məlumatlarını oğurlayan dəstə yaxalanıb

27 İyul 2010, 14:41

Türkiyə polisi 7 il ərzində həyata keçirdiyi əməliyyatı yekunlaşdırıb. Əməliyyat nəticəsində 70 milyon Türkiyə Cümhuriyyəti vətəndaşına aid ünvan, telefon və şəxsiyyət məlumatlarının daxil olduğu siyahılar ələ keçirilib.

Polis müxtəlif təşkilatların informasiya bazasına girərək Türkiyədəki 70 milyon vətəndaşın ünvan, şəxsiyyət və telefon məlumatlarını ələ keçirən 15 cinayətkarı yaxalayb.

 

İstanbulun hüquq-mühafizə orqanları xəbər verib ki, E.K adl şəxsin liderliyi ilən qurulan cinayətkar şəbəkə əldə etdiyi məlumatları bəzi hüquq bürolarına pul qarşılığı satırmış.

 

Şübhəlilərin satdıqları məlumatlar qarşılığında 3 milyon lirəlik gəlir əldə etdiyi məlum olub.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir