Modern.az

"Kurtlar Vadisi-Fələstin" filminin aktyor heyəti bəlli oldu

"Kurtlar Vadisi-Fələstin" filminin aktyor heyəti bəlli oldu

27 İyul 2010, 15:06

Fələstində baş verən hadisələri özündə əks etdirəcək "Kurtlar Vadisi Fələstin" adlı serialın aktyor heyəti bəlli olub. “Pana Film”in istehsal edəcəyi filmin çəkilişlərinə bu həftə başlanılacaq. Modern.az xəbər verir ki, türk mətbuatının yazdığına görə, serialda əsas rolun ifaçaları Necati Şaşmaz, Gürkan Uyğun və Kənan Çobanla yanaşı, Ərdal Beşikçioğlu, Ərkan Sevər, Emin Diper, Umut Çernoqoriya və Mustafa Yaşar yer alacaq.  Filmin qadın baş rolunu Nur Aysan oynayacaq. Filmin rejissorluğu Zübeyr Şaşmaza tapşırılıb.  

Filmin mövzusu isə belədir:

 

"Qəzzaya humanitar yardım aparan gəmilərə edilən qanlı basqına cavab olaraq Polat Ələmdar və yoldaşları Fələstinə gedirlər. Məqsəd bu işi törədən israilli zabiti ələ keçirməkdir”. Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!