Modern.az

Deputat jurnalistlərə təşəkkür edib

Deputat jurnalistlərə təşəkkür edib

27 İyul 2010, 15:18

Modern.az saytı hər həftə parlament jurnalistlərindən bir deputatı necə xarakterizə etdikləri barədə fikir öyrənir. Dünən “Parlament Jurnalistləri deputat Rəbiyyət Aslanovanı necə xarakterizə edirlər?” adlı yazıda jurnalistlərin Milli Məclisin İnsan haqları komitəsinin sədri barəsindəki fikirlərini təqdim etmişdik. Hazırda Macarıstanda səfərdə olan millət vəkili Rəbiyyət Aslanova bu gün “525-ci qəzet”in əməkdaşı Kamil Həmzəoğluna zəng edərək jurnalistlərin onun barəsindəki fikirlərini maraqla oxuduğunu bildirib. Yazıdan məmnun qaldığını qeyd edən deputat həm jurnalistlərə, həm də  Modern.az saytına təşəkkür edib. R.Aslanova deyib ki, yazıda jurnalistlərin onun barəsində qeyd etdikləri tənqidi fikirlərə də hörmətlə yanaşır və bunu hər kəsin şəxsi mövqeyi kimi qiymətləndirir. Deputat hər zaman tənqidə dözümlə yanaşdığını vurğulayıb.  

Xatırladaq ki, Modern.az-da Rəbiyyət Aslanovanı 16 jurnalist xarakterizə etmişdi.

Modern.az

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir