Modern.az

Sahibkarlar üçün iqtisadiyyat və biznes portalı yaradılıb

Sahibkarlar üçün iqtisadiyyat və biznes portalı yaradılıb

27 İyul 2010, 17:22

“Şəmsi Əsədullayev” Xeyriyyə İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Sahibkarlar üçün İnternet mətbuat xidmətinin təşkili və elektron resurs mərkəzinin yaradılması” layihəsini həyata keçirilir.

 

Layihənin məqsədi özəl sektorun öz  fəaliyyəti haqqında ictimaiyyətə sərbəst və müasir tələblərə uyğun səviyyədə informasiya çatdırmasına və sahibkarların maarifləndirilməsinə yardım etməkdir. Layihənin 2 əsas istiqaməti vardır: Sahibkarlar üçün İnternet mətbuat xidmətinin təşkili və sahibkarlar üçün elektron resurs mərkəzinin yaradılması. Qeyd olunan istiqamətlər üzrə vahid veb səhifə - www.econews.az iqtisadiyyat və biznes portalı yaradılıb.

 

Layihənin rəhbəri Cəsarət Hüseynzadənin sözlərinə görə, portal iqtisadiyyat və biznes sahəsi ilə bağlı özəl sektor üçün press-relizlərin yayımını, Elektron Resurs Mərkəzindən istifadə və prezentasiya, video və fototəqdimatlar və reklamların yayımını təşkil edir.

 

Belə ki, bütün biznes nümayəndələri, həmçinin, biznesin, sahibkarlığın inkişafına yardımçı olan, bu sahə ilə bağlı araşdırma və monitorinqlər aparan dövlət təşkilatları, QHT-lər və digər təşkilatlar öz xəbərlərini, elanlarını, vakansiyalarını və digər informasiyalarını birbaşa bu portalda müstəqil olaraq yayımlaya biləcəklər. Bunun üçün sadəcə həmin təşkilatların portalda qeydiyyatdan keçib, müvafiq bölmələr üzrə yayımlamaq istədiyi informasiyaları və ona uyğun fotoları yerləşdirməsi lazımdır. Həmçinin, özəl sektor nümayəndələri üçün e-mail vasitəsi ilə press-relizlərin qəbulu və yayımlanması nəzərdə tutulub. Sadəcə öz press-relizlərini [email protected][email protected] ünvanına göndərən təşkilatların informasiyaları gün ərzində layihə icraçıları tərəfindən portala daxil ediləcək

 

Press-relizlərin yayımından başqa layihə çərçivəsində, həmçinin, portalda özəl sektor nümayəndələrinin maarifləndirilməsi məqsədi ilə Elektron Resurs Mərkəzi (ERM) də  yaradılıb. ERM-də Qanunvericilik və Elektron Kitabxana bölmələri fəaliyyət göstərir.

 

Layihə rəhbərinin sözlərinə görə, bu onların Biznes sektoru ilə əlaqəli həyata keçirdikləri ikinci layihədir. Ötən il təşkilat sahibkarlar üçün Virtual Satış Mərkəzi (www.vsm.az) formalaşdırmışdı. Həmin portal sahibkarlara öz fəaliyyəti, istehsal etdiyi məhsul haqqında informasiyanı ödənişsiz olaraq virtual satış mərkəzində, yəni www.vsm.az saytında yerləşdirmək imkanı verirdi. C.Hüseynzadə qeyd edib ki, bu istiqamətlə həyata keçirilən layihələrdən sonra artıq dövlət səviyyəsində də bu kimi elektron ticarət portallarının yaradılmasına start verilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir