Modern.az

II ixtisas qrupu üzrə az bal toplamış abituriyentlərə müjdə

II ixtisas qrupu üzrə az bal toplamış abituriyentlərə müjdə

27 İyul 2010, 20:13
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəsmi müraciətinə əsasən, Dövlət Sərhəd Xidməti Akademiyasının boş (vakant) yerlərinə müsabiqə elan edib.
Müsabiqədə 2010/2011-ci tədris ili üçün mülki ali təhsil müəssisələrinə II ixtisas qrupu üzrə qəbul imtahanlarında 250 və daha yüksək bal toplamış oğlan abituriyentlər iştirak edə bilərlər. Abituriyentlərin fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.
Müsabiqədə iştirak etmək istəyənlər 2010-cu il iyulun 28-dən avqustun 3-dək Dövlət Sərhəd Xidmətində yaradılmış Sənəd Qəbulu Komissiyasına müraciət etə bilərlər. Unvan  (Zərifə Əliyeva küç. 30).

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi