Modern.az

97 yaşlı qoca 87 yaşlı qarı ilə evlənib

97 yaşlı qoca 87 yaşlı qarı ilə evlənib

28 İyul 2010, 11:24

İngiltərədə 97 yaşlı bir qoca 87 yaşlı qarı ilə evlənib. Cütlük Londonun şimalındakı qocalar evində görüşüb. Onlar evlilik mərasimini 80 qonağı çaya dəvət etməklə qeyd ediblər.

BBC-nin məlumatına görə, cənab Kerr deyir ki, xanım Berkovitzdən ona ərə getməyi təklif edəndə o, dəlicəsinə gülməyə başlayıb. Kerr ona bu sualla ikinci dəfə müraciət etməyəcəyini də deyib və bununla da qarıdan razılıq alıb.

Cənab Kerr bunları deyib: "90 yaşlarımda idim. Gördüm ki, bu qadına gözüm düşüb. Öz-özümə fikirləşdim ki, nə axmaq fikirdir. Yəqin ki, o, mənim kimi qocaya heç baxmır da! Bir gün ona yaxınlaşıb mənə ərə gəlməyi xahiş etdim. Dəlicəsinə gülməyə başladı. Başını aşağı salıb gülməyə və ağlamağa başladı".

Xanım Kerr isə bunları deyir: "O mənə evlənməyi təklif edəndə mən götür-qoy etdim və razılıq verdim".

Özünü cavan oğlan kimi təsvir edən cənab Kerr deyib ki, dedi-qoduya son qoymaq üçün evlənmək vacib idi. "Mən indi rahatam. Çünki indi heç kim deyə bilməyəcək ki, mən onunla yatıram, yoxsa yatmıram".

Cütlük bal ayına öz yaşadıqları evin bağında gəzintiyə çıxmaqla başlayıb. 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı