Modern.az

Bu gün qazpulu borcu olanların qazı kəsiləcək

Bu gün qazpulu borcu olanların qazı kəsiləcək

Ölkə

28 İyul 2010, 11:36

ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçıların nəzərinə çatdırıb ki, 28 iyul 2010-cu il tarixədək təbii qazdan istifadəyə görə mövcud olan borcların tamamilə ödənilməsi üçün bir müddət öncə xəbərdarlıq etmişdi.

Modern.az-ın məlumatına görə, “Azəriqaz” bəyan edib ki, borclu abunəçilərin mənzillərinə təbii qazın verilişi 28 iyulda  saat 12.00-dan etibarən xəbərdarlıq edilmədən dayandırılacaq. Təbii qaz təchizatı dayandırılmış abonentlərin mənzillərinə yenidən mavi yanacağın verilişi ödəniş edildikdən bir həftə sonra bərpa ediləcək. Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı