Azərbaycan və Çernoqoriya milli komandaları arasında yoldaşlıq oyununun keçirilməsi ilə bağlı AFFA ilə Çernoqoriya Futbol Federasiyası arasında aparılan danışıqlar müsbət nəticələnib. Bu haqda AFFA-nın rəsmi saytı xəbər yayıb. Əldə olunmuş razılığa əsasən, noyabrın 17-də Çernoqoriyada bu komandalar arasında yoldaşlıq oyunu keçiriləcək.
Modern.az