Modern.az

Çimərliklərdə boğulmalar niyə artıb?

Çimərliklərdə boğulmalar niyə artıb?

28 İyul 2010, 15:02

Builki çimərlik mövsümü ötən illərdəki ilə müqayisədə bədbəxt hadisələrin sayının çoxluğu ilə fərqlənir. Rəsmi məlumatlara görə, mövsüm başlayandan indiyədək çimərliklərdə 30-dan artıq adam boğulub, qeyri-rəsmi məlumatlarda isə bu rəqəmin daha çox olduğu qeyd edilir. Çimərliklərdə xilas edilənlərin isə 100-dən çox olduğu bildirlir. Çimərliklərdə boğulma halları niyə artıb? Fövqəladə Hallar Nazirliyi Dövlət Sularda Xilasetmə Xidmətindən Modern.az-a bildirilib ki, əsas səbəb vətəndaşların xəbərdarlıqlara əhəmiyyət verməmələridir.

“Hər bir vətəndaş çimərlik mövsümünü xoş ovqatla keçirmək istəyirsə öz təhlükəsizliyinin qeydinə qalmalı, qeyri-qanuni çimərliklərə getməməli, küləkli havada və sərxoş vəziyyətdə suya girməməli, yalnız xilasetmə məntəqə və postları, xilasedicilər olan çimərliklərdə istirahət etməlidir”.

İnsanların sularda təhlükəsizliyi işini həyata keçirən  Dövlət Sularda Xilasetmə Xidmətinin vətəndaşlardan istəyi və tələbi  onların aşağıdakı davranış qaydalarına ciddi riayət etməsindən ibarətdir:

- Çimərlikdə uşaqları nəzarətsiz qoymamaq;

- Sərxoş halda çimməmək;

- Qadağan olunmuş yerlərdə çimməmək;

- Uşaqlara çimərlikdən yalnız valideynlərin müşayiəti ilə istifadə hüququ vermək;

- Çimərlik kimi istifadə üçün ayrılmamış yerlərdə çimməmək;

- Çimmə zonasının işarələnmiş sərhədlərini keçməmək;

- Su axınlarında sahildən 20 metrdən artıq məsafəyə üzməmək;

- Çimərliklərdə spirtli içkilər içməmək;

- DSXX əməkdaşlarının çağırışlarına və tələblərinə riayət etmək;

- DSXX-nin məntəqəsinin, xilasetmə texnika və avadanlığının, habelə xilasedicilərin olduğu yerlərdə çimmək;

- Nəzarətsiz ərazilərdə çimməmək;

- Tanış olmayan ərazidə çimməmək;

- Xəbərdaredici nişanlara və lövhələrin tələblərinə riayət etmək.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı