Modern.az

Əlaçı məzunların ali məktəblərə qəbulu vəziyyəti araşdırılacaq

Əlaçı məzunların ali məktəblərə qəbulu vəziyyəti araşdırılacaq

28 İyul 2010, 15:40

Təhsil Nazirliyində orta məktəbləri «əla» qiymətlər və fərqlənmə attestatı ilə bitirmiş məzunların ali məktəblərə qəbulu vəziyyəti müzakirə olunacaq. Bu barədə Modern.az-a nazirlikdən məlumat verilib.

 

Məsələ burasındadır ki, son illər orta məktəbləri «əla» qiymətlərlə bitirən və xüsusi nümunəli attestat alan bir çox məzular ali məktəblərə qəbul zamanı zəif nəticələr göstərirlər. Bu isə həmin məzunların «əla» qiymətləri və xüsusi attestatlarını qanuni yollarla almalarına şübhələr yaradır.

Təhsil Nazirliyindən verilən məlumata görə, ötən illlərin araşdırmaları göstərib ki, həm kənd rayonları, həm də şəhərlər üzrə orta məktəbləri «əla» qiymətlərlə başa vuran məzunların bir qismi ali məktəblərə qəbul imtahanlarını verə bilməyərək tələbə adını qazana bilməyib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!