Modern.az

Yeni müsabiqə: 2010-cu ildə QHT fəaliyyətini ən yaxşı işıqlandıran KİV hansıdır?

Yeni müsabiqə: 2010-cu ildə QHT fəaliyyətini ən yaxşı işıqlandıran KİV hansıdır?

28 İyul 2010, 16:44

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “2010-cu ildə QHT fəaliyyətini ən yaxşı işıqlandıran KİV” adlı müsabiqə elan edib. Şuradan Modern.az-a verilən məlumata görə, müsabiqə bir neçə nominasiya üzrə keçirilir.

 

Müsabiqədə mərkəzi televiziyalar, gündəlik qəzetlər, informasiya agentlikləri  iştirak edə bilərlər. Mükafatlar aşağıdakı kimidir.

Televiziyalar üzrə:

 

I mükafat – 1000 AZN

II mükafat –  800 AZN

III mükafat -  600 AZN

2 həvəsləndirici mükafat – hər biri 300 AZN

 

Gündəlik qəzetlər üzrə:

 

I mükafat – 1000 AZN

II mükafat – 800  AZN

III mükafat - 500  AZN

2 həvəsləndirici mükafat – hər biri 200 AZN 

İnformasiya agentlikləri üzrə:         

 

I mükafat – 1000 AZN

II mükafat -  800 AZN

III mükafat -  500 AZN

2 həvəsləndirici mükafat – hər biri 200 AZN 

Müsabiqənin əhatə dövrü 1 avqust – 1 dekabr 2010-cu ildir.

 

Qalibləri müəyyən etmək üçün KİV-i mütəmadi izləyən xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. Qrupun təqdim etdiyi göstəricilər üzrə Şura müsabiqənin qaliblərini müəyyən edəcək.

 

Müsabiqə qaliblərinin müəyyənləşdirilməsində QHT fəaliyyətinin işıqlandırılması və təbliğ edilməsilə bağlı aşağıdakı meyarlar əsas götürüləcək:

 

Materialın QHT fəaliyyətində şəffaflıq və hesabatlılığın artırılmasına təsiri;

QHT fəaliyyətinin obyektiv işıqlandırılması;

QHT fəaliyyətinin işıqlandırılmasında davamlılıq amili;

Materialın jurnalistika tələblərinə uyğunluğu;

Materialın QHT-lərin ümumi inkişafına təsiri;

 

Müsabiqənin nəticələri bu il dekabrın 15-dən sonra açıqlanacaq, qaliblərə mükafatlar təntənəli mərasimdə təqdim ediləcək. Modern.az

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu