Modern.az

Bakıda elekton-kitabları bu kitabxanada pulsuz oxumaq olar

Bakıda elekton-kitabları bu kitabxanada pulsuz oxumaq olar

28 İyul 2010, 17:04


Bu gün bütün dünyada müxtəlif sahələr üzrə informasiya-kommunikasiya texnologiyalarının  imkanlarından geniş istifadə olunur. O cümlədən də elektron kitab sahəsində. Elektron kitablardan artıq Azərbaycanda da istifadə olunur. Amma  o qədər də geniş miqyasda yox. Qısa olaraq “e-kitab” adlandırılan həmin nəşrlərlə məsələn, Azərbaycan Milli Kitabxanasının saytında tanış olmaq olar.

ABŞ-ın Azərbaycandakı səfirliyinin kitabxanası “American Center” də bu istiqamətdə çox işlər görüb.

“İnformation Resource Complex”in direktoru Şəhla Xudiyeva deyir ki, kitabxanada dünyanın ən tanınmış elmi jurnallarından istifadə etmək olar. Kitabxanaya üzv olanlar fransız, inglis, rus, alman və digər dillərdə e-kitablardan istifadə edə bilərlər.
Şəhla Xudiyevanın sözlərinə görə, onların kitabxanasında 17 min kitab var və bu nəşrlərin əksəriyyətinin e-kitab variantını saytlarında yerləşdiriblər.

Kitabxanada pulsuz internet də var. Bundan başqa, danışıq klubları, inglis dilinin qrammatikası və esse yazı klubları, həftədə bir film, xarici mütəxəsislər tərəfindən keçirilən mühazirələr və ABŞ siyasəti və ABŞ-da təhsil almaq üçün proqrammların təqdimatı, ölkə daxili və xaricdə çalışan həmkarlarla canlı video-konfranslar kimi xidmətlər də bu kitabxana tərəfindən təklif olunur. Kitabda e-kataloqla istədiyin elm sahəsinə aid kitab tapmaq sadəcə saniyələri aparır.

Kitabxanada dünyanın əskər ölkələrinin incəsənət əsərləri onların mentalitetinə uyğun yaradıcılıq nümunələri də yer alır.  
E-kitabın faydaları çoxdur. Ən əsası isə kağıza hədsiz qənaət olunur. Bir e-kitab formatına on min kitab yerləşir. Bu da on min kitabı çantada apara bilmək deməkdir.         
                                                                        
Vüqar Ağamalıoğlu 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi