Modern.az

Bakıda yaşayış binası yanıb

Bakıda yaşayış binası yanıb

28 İyul 2010, 17:46

Bu gün saat 16:30 radələrində paytaxtın Nəsimi rayonunda yanğın hadisəsi baş verib. Yanğın Cavadxan küçəsi 40 ünvanında yerləşən beş mərtəbəli binanın üçüncü mərtəbəsində qeydə alınıb. Hadisə şahidlərinin ANS-ə verdiyi məlumata görə, üçüncü mərtəbədə baş verən yanğın daha sonra dördüncü və beşinci mərtəbələrə də keçib.

İlkin məlumatlara görə, hadisə nəticəsincə xəsarət alan olmayıb. Hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlərdən birinin halı pisləşdiyindən ərazidən uzaqlaşdırılıb. Hələlik yanğının hansı səbəbdən baş verməsi məlum deyil

Qeyd edək ki, yanğın baş verən bina metronun "Memar Əcəmi" stansiyasının çıxışındakı "MacDonalds" restoranının yaxınlığında yerləşir.

Yanğın artıq söndürülüb. Yanğının baş vermə səbəbləri araşdırılır.


Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir