Modern.az

Dünyanın sonunu yaxınlaşdıran 4 səbəb

Dünyanın sonunu yaxınlaşdıran 4 səbəb

28 İyul 2010, 18:38

Qiyamət günü nə baş verəcək? İngilərənin «Focus” jurnalı son sayında insanları ciddi narahat edən "Dünyanın sonu necə olacaq?" sualına cavab axtarıb. Jurnala danışan mütəxəssislər keçmişdəki meteorit yağışları və buz dövrünü nümunə göstərərək dünyanın başına gələ biləcək fəlakətləri sadalayıblar. Dünyanın sonunun (Qiyamət günü) dörd hadisə nəticəsində çatacağı iddia olunur.

1.Meteorit dünyanı yox edəcək

Dünyada həyat 600 milyon ildir davam edir. Ancaq meteorit  kimi xarici faktorlar və Yer kürəsində yaşanan dəyişmələr 5 dəfə canlıların geniş nisbətdə nəsillərinin tükənməsinə səbəb olub. Mütəxəssislər meteorit və kosmos cisimlərini gerçək bir təhdid olaraq görürlər. Meksikada 65 milyon il əvvəl yaşanan meteorit yağışı dinozavrların sonunu gətirdi. 1908-ci ildə 50 metrlik bir meteorit Sibirə düşdü. 1989-cü ildə 300 metrlik meteorit dünyanı az bir fərqlə silkələdi. NASA mümkün çarpışmanın Xiroşimaya atılan bombalardan minlərlə qat daha böyük nəticələrə səsb ola biləcəyini açıqladı. 2010-cu ildə 10 metrlik meteoritin peyda olması da qiyamət xəbərçiləri arasında böyük həyəcan yaratdı.

2. Nəhəng vulkanik partlamalar  

Yer kürəsində 4500 milyon ildir sıxışıb qalan elementlər vulkanlar sayəsində gözlənilməyən bir anda partlaya bilər. 1815-ci ildə Tambora dağındakı partlayış Xirosimaya atılan atom bombasından bir milyon qat daha qüvvətli idi və 90 mindən çox adamın ölümünə səbəb oldu. 1991-ci ildə Filipində 10 milyard ton qalıq və toz atmosferə yayıldı, planetə düşən günəş işığı yüzdə 3 nisbətində azaldı. 100 min il əvvəl yaşanan "böyük ölüm" təkrarlana bilər

 

3. nəş sistemindəki planetlər çarpışacaq 1950-ci ildə rus yazarı İmmanuel Velikovskiy "Çarpışan Dünyalar" kitabını yazanda hər kəs yazara dəli gözüylə baxdı. Lakin aparılan müşahidələr göstərir ki, zaman-zaman planetlərin orbitləri dəyişir və bir-birlərinin çəkiliş qüvvətləri ölçü və sürətə görə artıb-azalır. Keçən il Parisdəki rəsədxanada aparılan bir araşdırmada Yerin Mars, Venera və Merkuriyə çarpma ehtimalından bəhs edilir. Lakin bu ehtimal gələcək 5 milyard il içində yüzdə 1 nisbətindədir.

 

4. Qlobal istiləşmə həyatı bitirəcək

İngiltərənin sabiq baş naziri Margaret Tetçer 1988-ci ildə iqlim dəyişikliyi səbəbiylə narahatlığını dilə gətirmiş və bu mövzuda böyük bir əməliyyat etməyi təklif etmişdi. 20 il sonra qlobal istiləşmə özünü göstərdi. Bununla bağlı beynəlxalq yığıncaqlar keçirildi. Araşdırmalara görə, dünya hər il istilənir. Dünyanın istiləşməsiylə birlikdə daha çox su okeandan buxarlanacaq və Günəş istiliyinin dünyaya təsiri artacaq. Alyaska Universitetinin apardığı bir araşdırmada qlobal istiləşməylə birlikdə ortaya çıxan metan qazının da təsirinin təhlükə yarada biləcəyi açıqladı. Modern.az

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir