Modern.az

Əl-ayaq üzərində gəzən ailə (fotolar)

Əl-ayaq üzərində gəzən ailə (fotolar)

28 İyul 2010, 19:23

Türkiyənin Hatay vilayətində yaşayan bir ailənin həyat tərzi neçə illərdir türk alimlərinin araşdırma mövzusudur. Məsələ burasındadır ki, bu ailədə hamı adi insanlarda kimi ayaqlar üzərində deyil, əllər və ayaqlar üzərində hərəkət edir.

Uzun sürən araşdırmalardan sonra türk alimləri əl-ayaq üzərində gəzmə sindromu kimi tanınan "Ünertan" sindromunun genetik kodunu tapıblar. Bilkənt Universitetinin alimləri Tayfun Özçelik və Süleyman Gülsüner ailənin genetik şifrəsini aça biliblər. Onların dünya səviyyəsində əks-səda doğuran bu müvəffəqiyyəti insan genetikası sahəsində ən prestijli mükafat olaraq qəbul edilən "Isabelle Oberle Young Investigator Award" mükafatına layiq görülüb.

 

Professor Tayfun Özçelik türkiyə mətbuatına deyib ki, "Ünertan" sindromunun genini uzun illərdir araşdırırmışlar.

 

Xəstəliyin ilk olaraq hataylı bir ailədə görüldüyünü, ardından Qaziantep, Çanaqqala, Adanada da təyin olunduğunu dilə gətirən Özçelik xaricdə isə İraq, İran və Braziliyada da bu sindromu daşıyan ailələrə rast gəlindiyini söyləyib. Bu ailələr üzərində aparılan genetik xəritələmə sonrasında həmin sindromun ən az dörd fərqli genin mutasiyaları nəticəsində ortaya çıxa biləcəyi müəyyənləşib.

 

Professor Özçelik hataylı ailənin genetik şifrələrinin həll edilməsi üçün özlərinə xas biyoinformatik və nanobiyoteknoloji əsaslı bir üsul inkişaf etdirdiklərini dilə gətirib. O, tədqiqat nəticəsində  həmin ailədə xəstəlik quruluşçu geni təyin etdiklərini bildirib.

 

Bu ailənin bütün qohumlarının da genetik strukturları araşdırılıb. Amma bölgədə bu xəstəliyə dair başqa bir mutasiyanın müşahidə edilmədiyi məlum olub. “Tək-tək ailələrə çatdıq və bu mutasiyanın həm ana həm də atadan gələcək şəkildə başqa bir ailədə olmadığını təsbit etdik" - deyə Özçelik bildirb.

 

Özçelik, genin adını hələ açıqlaya bilməyəcəklərini də ifadə edib.

 

Professor irsi xəstəliklərin genlərinin tapılmasında genetik olaraq ən məhsuldar dövrü yaşadığını söyləyib: "Yeni nəsil texnologiyalar insan genini araşdırmanın ən çətin məqamlarını aşmamızı təmin edir, artıq bir çox genetik xəstəliyin səbəblərini işıqlandıra biləcəyik. Bu inkişaflar, elmə ən qiymətli qatqıları edərkən insan sağlamlığına da böyük xidmətlər verəcək".

“İrsi bir xəstəliyin müalicəsində iştirak etdiyimiz üçün qürur duyuruq” deyən Özçelik müalicə üsullarının inkişaf etdiriləcəyinə inandığını vurğulayıb.

 

 

 

 

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi