Modern.az

Həmsədrlər sentyabrda regiona gələcək

Həmsədrlər sentyabrda regiona  gələcək

29 İyul 2010, 09:58

ATƏT-in Minsk qrupunun Amerika, Rusiya və Fransadan olan həmsədrləri Avstriyanın paytaxtı Vyanada Minsk qrupunun üzvləri ilə bir araya gəlib. Modern.az xəbər verir ki, bu barədə ATƏT-in rəsmi internet saytı məlumat yayıb.  Məlumatda qeyd olunur ki,  həmsədrlər Minsk qrupunu Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə  aparılan son danışıqlar, eləcə də, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin 17 iyun Sankt-Peterburq, ATƏT-in xarici işlər nazirlərinin 17 iyul Almatı görüşü barədə məlumatlandırıblar. Həmsədrlər  qeyd ediblər ki, indiyə qədər münaqişə tərəflərinin fikir ayrılıqlarının aradan qaldırılması üçün göstərdiyi səylər yetərincə olmayıb və atəşkəs rejiminin pozulmaması və kompromis əhval-ruhiyyənin nümayiş etdirilməsi üçün konkret addımlar atılmalıdır. Bəyanata görə, tərəflərə bu istiqamətdə kömək etmək üçün ATƏT-in Minsk qrupunun Amerika, Rusiya və Fransadan olan həmsədrləri sentyabrın əvvəlində regiona səfər etməyi planlaşdırır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi