19 fevral 2019, Çərşənbə axşamı
Ana Səhifə - MEDİA - Media əhvalatları: qələm əhlinin başına gələn maraqlı hadisələr
Media əhvalatları: qələm əhlinin başına gələn maraqlı hadisələr
29.07.2010, 11:07

Modern.az saytı xeyli vaxtdır ara verdiyi “Media əhvalatları» rubrikasını davam etdirir. Rubrikamızın budəfəki qonaqlarını təqdim edirik. Əhvalatları tanınmış telejurnalist Qulu Məhərrəmli, tanınmış jurnalist Laura Cəbrayıllı, “Azadlıq” qəzetinin idman yazarı Coşqun Eldaroğlu və “Şərq” qəzetinin redaktoru Yusif Nəzərli danışır.

Qulu Məhərrəmli, telejurnalist

Sürücünün hirslənməyi

- 20 yanvar hadisəsinin ildönümü günü AzTV Şəhidlər xiyabanından canlı yayım verirdi, reportajı da mən aparardım. Hava çox soyuq olduğu üçün bir avtobusun salonunda dayanmışdım. Təxminən 5 saata yaxın canlı yayımda fasiləsiz şərh verməli oldum. Avtobusun sürücüsünün isə dişi bağırsağını kəsirdi. Bir yandan soyuq, o biri yandan da reportajın belə uzanması onu əsəbiləşdirmişdi.
Nəhayət mən şərhimi qurtardım, mikrofonu söndürdüm, amma canlı yayımın çəkilişi davam edirdi. Elə mikrofonu söndürmüşdüm ki, bayaqdan “zəncir çeynəyən” sürücü “tapança kimi açıldı”: “Ay Qulu müəllim, sən də az danış da, niyə çıxıb getmirsən evinə-eşiyinə....”.
Təsəvvür edin, mikrofon açıq olsaydı, onun bu sözləri 20 yanvar tədbirində canlı efirə gedə bilərdi. Nə yaxşı ki mikrofonu söndürmüşdüm.  

“Qar bizi dalaşdırdı”

- Bu hadisə də qış aylarına təsadüf edir. AzTV-də işləyirdim. Bakıya çox güclü qar yağmışdı. Mən səhər efirinə gedə bilməmişdim, amma televiziyanın yaxınlığında yaşayan əməkdaşlar işə gəlmişdilər. Evdə çox narahat idim ki, səhər efiri necə olacaq. Elə bu fikirlərlə kanalı açanda gördüm ki, bizdə redaktor işləyən əməkdaş xəbərləri oxuyur, özü də elə pis oxuyur ki...
Səhəri gün işə gedəndə mən həmin redaktoru çağırıb xəbərləri bərbad halda oxuduğunu deyəndə, qayıtdı ki, “o cür şəraitdə çıxıb xəbər oxuyub verilişi xilas eledim, siz də məni məzəmmət eləyirsiniz...”.
Mən də dedim ki, “müğənni də gəlməyə bilərdi, onun yerinə də oxumazlar ki...”.  

Laura Cəbrayıllı, Beynəlxalq Avrasiya Mətbuat Fondunda departament rəhbəri

İranlı qonağın təlaşı

- Mən əmək fəaliyyətinə Dövlət Radiosunun “Güney Azərbaycan” redaksiyasında başlamışam. İlk verilişimi rəhmətlik Aydın Məmmədova həsr etmişdim. Bəyənildiyinə görə, bu silsiləni davam etdirdim, dünyadan köçən ədəbiyyat, mədəniyyət xadimlərinə həsr olunmuş portret verilişlər hazırlayırdım.
Bir gün mənə tapşırdılar ki, İsmayıl Şıxlı ilə müsahibə götürüm. O vaxt İsmayıl müəllimin ağır xəstə olduğunu bilirdik, amma düşündüm ki, razılıq versə, gedib evində söhbət eləyib yazaram. Evinə zəng elədim, özüylə danışdım, dedi ki, “artıq mən gedirəm, qızım. Mən radioda dəfələrlə çıxış etmişəm, o çıxışlarımı, yazılarımı, kitablarımı sizə xatirə qoyuram, hamınıza can sağlığı arzulayıram”.
Mən çox kövrəldim. Bir neçə gün sonra yazıçımız dünyasını dəyişdi. Növbəti verilişimin girişində İsmayıl Şıxlını andım ki, onunla söhbət eləmək istəyirdim, amma əcəl imkan vermədi. Bu verilişimdən bir neçə gün sonra İrandan radioya qonaq gəlmişdi. Onunla kiçik bir müsahibə eləməyi mənə tapşırdılar. Radioda qarşıladım, Bakı ilə bağlı təssüratlarını dinləyə-dinləyə studiyaya gəldik. Verilişə başlayanda özümü təqdim etdim:
- Salam, hörmətli dinləyicilər, studiyada mənəm – Laura Cəbrayıllı.
Qonağımızı təqdim etmək istəyəndə gördüm, yaman narahatdır. Fikirləşdim ki, yəqin səsyazma otağının qapısının kip bağlı olmasından həyacanlıdır. Amma o, təlaşla üzümə baxıb soruşdu ki, “siz doğurdan Laura Cəbrayıllısınız?”.
Dedim “bəli”.
Qayıtdı ki, “axı siz ancaq ölülərdən danışırsınız? İsmayıl müəllimi çox istəyirdik, ona zəng eləyəndən sonra dünyasını dəyişdi. Məni danışdırmayın, istəmirəm, iki körpə balam var”.
Bu hadisədən sonra bir-birinin ardınca bayram verilişləri hazırladım ki, mənim bu “imicim” dağılsın.  

“…indi Zamin şeir oxuyacaq”

- Radioda çalışan vaxt “Gənclik” redaksiyasında “Alın yazısı” rubrikası altında gənc yazarları təqdim edirdim. Bir dəfə də qonağım şair Zamin Hacı idi. O vaxt Hacı Zamin hələ mətbuata gəlməmişdi, şeirləri çap olunurdu. Onunla çox maraqlı bir söhbət elədik, şeirlərini oxudu. Bu söhbət çox bəyənildiyindən qısa müddət ərzində dalbadal efirə getdi. Elə bir balaca boşluq olan kimi, bu lenti səsləndirirmişlər. Bir gün Hacı Zamin başılovlu zəng elədi ki, “siz Allah, o lenti məhv eləyin, bizim kənddə heç kim işə getmir, hamı bütün günü radioya qulaq asır ki, indi Zamin şeir oxuyacaq”.  

Ağabəy Sultanovla müsahibə

- Yeni ailə qurmuşduq. Məşhur psixatr Ağabəy Sultanovla müsahibə götürməliydim, onunla da təbii ki, iş yerində görüşəsiydik. İşlədiyi xəstəxananı tanımadığımdan yoldaşım Quluya (Qulu Ağsəs - X.B.) dedim ki, məni ora aparsın. Müsahibə səhər saat 9.00-da olmalıydı. Tezdən yuxudan durub tələsməyə başladıq. Qaynanam təşvişmizi görüb soruşdu ki, “ay bala hara gedirsiniz belə?”.
Cavab verdim ki, “dəlixanaya”. Bir az keçmiş qaynanam Quludan soruşdu ki, “bir dayanın, sonra gedərsiniz, ay bala nə tez gedirsiniz?”.
Qulu da “hələ gecikmişik, biz çoxdan orda olmalıydıq” dedi.
Qapıdan çıxanda qaynanam yenə təlaşla dedi ki, “bəlkə getməyəsiniz..?”.
Qulu da tələsik qayıtdı ki, “bizi orda gözləyirlər, təcili getməliyik, hər vaxt Ağabəy Sultanovla görüşmək mümkün deyil, gərək gecikməyək”. 
Biz elə bildik ki, erkən evdən çıxdığımıza görə, o narahatdır. Axşam evə qayıdanda onu çox həyacanlı gördük, ağlamışdı. Başa düşdük ki, sən demə, dünən evlənən cavanların tələm-tələsik dəlixanaya yüyürməsini yazıq ana yüz yerə yozub, bizim özümüzün həkim məsləhəti üçün qaçdığımızı düşünüb.   

Coşqun Eldaroğlu,  “Azadlıq”  qəzetinin idman yazarı

Futbolçu toyuq yiyəsinin qarğışına gəldi

- İdman sahəsində işlədiyim üçün daha çox idmanla bağlı hadisələrin şahidi olmuşam.
Bir dəfə Bərdə şəhərində futbol üzrə Azərbaycan çempionatı keçirilirdi, oyuun qızğın vaxtında hardansa bir toyuq qaçıb meydançaya girdi, Elçin Dərgahquliyev adlı futbolçunun güclü zərbə ilə vurduğu top toyuğa dəydi. Toyuq yıxılıb çabaladı.
Elə bu vaxt toyuğun yiyəsi də hardansa peyda olub canlı yayımın getdiyi oyun meydançasına qaçıb girdi, futbolçunun üstünə yüyürüb onu qarğışa tutdu:
“Allah evini yıxsın, kasıb adamam, sənin görüm ayağın qırılaydı mənim toyuğumu vuran yerdə”.
Bir neçə dəqiqədən sonra həmin futbolçu toyuğun yiyəsinin qarğışına gəldi, ayağı sındı.   

AFFA prezidentinin çaşmağı

- AFFA-nın keçmiş prezidenti Ramiz Mirzəyev Azərbaycan - Özbəkistan oyunu izləyirdi. Oyunun gedişi onu qane etmirdi. Fasilədə futbolçular meydançanın kənarına doğru gedəndə Ramiz müəllim göy köynəkli oyunçuya yaxınlaşıb dedi: “Uşaqlar, yaxşı oynayın. Qalib gəlsəniz hərənizə 500 manat mükafat verəcəm”. Birdən o biri tərəfdən ağ köynəkli başqa bir futbolçu AFFA prezidentinə tərəf qışqırdı:
“Ramiz müəllim biz ağlarıq e, göylər yox...”.  

Yusif Nəzərli, “Şərq” qəzetinin redaktoru


"Nişan mərasimi"nə tədarük

- Hələ tələbə olarkən qəzetlərin birində müxbir vəzifəsində calışırdım. Həm BDU-nun jurnalistika fakültəsinin tələbələri olan qrup yoldaşlarima, həm də bəzi jurnalist həmkarlarıma  dedim ki, sizi  “krupnu”  aldadacam. Özünüzü gözləyin.
Nə isə, bir münasib vaxt tapıb onlara dedim ki, hazırlaşın, bir həftəyə sizi Gürcüstana -  nişan mərasimimə aparacam. Cox sevindilər. Dedim biletiniz, yol xərciniz mənlikdir. Nə isə, bunları topladım Dəmiryol vağzalına, orda da yaxşı bir qonaqlıq verdim, onlar da yol üçün yemək və başqa tədarük gördülər. Kimi mənim üçün hədiyyə almışdı, kimi üzük almışdı, hətta bir dostumuz 7 bacısından güclə Gürcüstana getməyə icazə almışdı. Vağzalda yemək-işməyin yaxşı yerində dedim:
- Sizin hamınızı çoxdan bir yerə yığa bilməmişdim, çörəyinizi yeyin, dağılışın, nə nişan, nə xeyir iş?
Əvvəl inanmadılar, bir təhər bunları inandıra bildim ki, zarafat edirəm, elə bil hamısının başına qaynar su tödülər. Bir dəqiqənin içində hamısı dağılışdı. Beləcə o dostlarla barışmaq üçün sonralar cox əziyyıt çəkdim. Bir təhər hər şeyi yoluna qoya bildim.

Hazırladı Xumar Bayramqızı

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Dağıntılar altında qalan daha bir işçinin cəsədi çıxarıldı
19.02.2019, 01:06

Dağıntılar altında qalan daha bir işçinin cəsədi çıxarıldı

Qadın eyni vaxtda yeddi uşaq dünyaya gətirdi
19.02.2019, 00:53

Qadın eyni vaxtda yeddi uşaq dünyaya gətirdi

Masallıda zəlzələ oldu
19.02.2019, 00:39

Masallıda zəlzələ oldu

Sirkə turşusu içərək özünə qəsd etdi
19.02.2019, 00:27

Sirkə turşusu içərək özünə qəsd etdi

Ceyhun Bayramov Ankarada azərbaycanlı tələbələrlə görüşdü
19.02.2019, 00:14

Ceyhun Bayramov Ankarada azərbaycanlı tələbələrlə görüşdü

Binəli Yıldırım istefa verdi: VİDA ÇIXIŞI - VİDEO
18.02.2019, 23:57

Binəli Yıldırım istefa verdi: VİDA ÇIXIŞI - VİDEO

Azərbaycan nefti bahalaşdı
18.02.2019, 23:43

Azərbaycan nefti bahalaşdı

Sumqayıt sakinləri İlham Əliyevi belə qarşıladı - VİDEO
18.02.2019, 23:24

Sumqayıt sakinləri İlham Əliyevi belə qarşıladı - VİDEO

Türkiyə ilə İran arasında yeni nəzarət-buraxılış məntəqəsi açılıb
18.02.2019, 23:09

Türkiyə ilə İran arasında yeni nəzarət-buraxılış məntəqəsi açılıb

Güclü külək Şamaxıya da ziyan vurdu
18.02.2019, 22:53

Güclü külək Şamaxıya da ziyan vurdu

Bakıda 26 yaşlı oğlan itkin düşüb
18.02.2019, 22:42

Bakıda 26 yaşlı oğlan itkin düşüb

İtaliya ATƏT PA İpək Yoluna Dəstək Qrupuna qoşulur
18.02.2019, 22:30

İtaliya ATƏT PA İpək Yoluna Dəstək Qrupuna qoşulur

Güclü külək Mingəçevirdə fəsadlar törətdi
18.02.2019, 22:14

Güclü külək Mingəçevirdə fəsadlar törətdi

Məmmədyarovla Mnatsakanyanın görüşməmə səbəbi açıqlandı
18.02.2019, 21:57

Məmmədyarovla Mnatsakanyanın görüşməmə səbəbi açıqlandı

“Kölgə iqtisadiyyatı”na ağır zərbə vurulub” -  Səfər Mehdiyev
18.02.2019, 21:34

“Kölgə iqtisadiyyatı”na ağır zərbə vurulub” - Səfər Mehdiyev

Deputatdan azərbaycanlılarla çeçenlərin davası barədə bəyanat
18.02.2019, 21:16

Deputatdan azərbaycanlılarla çeçenlərin davası barədə bəyanat

Bu yollarda sürət həddi endirildi - XƏBƏRDARLIQ
18.02.2019, 21:01

Bu yollarda sürət həddi endirildi - XƏBƏRDARLIQ

Dəmir yolu ilə yük daşımaları artıb
18.02.2019, 20:58

Dəmir yolu ilə yük daşımaları artıb

“Azərbaycan millisinin baş məşqçisi olduğum üçün xoşbəxtəm” - Nikola Yurçeviç
18.02.2019, 20:46

“Azərbaycan millisinin baş məşqçisi olduğum üçün xoşbəxtəm” - Nikola Yurçeviç

Sensasiya! - “Armani” daşnak firmasıdır - Əməkdar jurnalistdən SOS siqnalı
18.02.2019, 20:35

Sensasiya! - “Armani” daşnak firmasıdır - Əməkdar jurnalistdən SOS siqnalı

Suriyada partlayış: 9 ölü
18.02.2019, 20:28

Suriyada partlayış: 9 ölü

Naxçıvan döyüş hazırlığı vəziyyətinə gətirildi
18.02.2019, 20:16

Naxçıvan döyüş hazırlığı vəziyyətinə gətirildi

Bakıda işə gedən kişi itkin düşdü
18.02.2019, 20:01

Bakıda işə gedən kişi itkin düşdü

Salyanda kürəkən qayınatasının mal-qaranı oğurladı
18.02.2019, 20:00

Salyanda kürəkən qayınatasının mal-qaranı oğurladı

18.02.2019, 19:52

"Buta Airways"ın təyyarəsində nasazlıq yarandı

Əhalinin gəlirləri 6%-dən çox artıb
18.02.2019, 19:43

Əhalinin gəlirləri 6%-dən çox artıb

99 dövlət əmlakı özəlləşmədə - VAXT
18.02.2019, 19:34

99 dövlət əmlakı özəlləşmədə - VAXT

Milli Məclisin 6 deputatı ATƏT-in sessiyasına gedir
18.02.2019, 19:25

Milli Məclisin 6 deputatı ATƏT-in sessiyasına gedir

Azərbaycan millisi Latviya ilə qarşılaşacaq
18.02.2019, 19:16

Azərbaycan millisi Latviya ilə qarşılaşacaq

Sumqayıtdakı görüşdə tələbənin prezidentdən xahişi - Video
18.02.2019, 19:07

Sumqayıtdakı görüşdə tələbənin prezidentdən xahişi - Video

Mehriban Əliyevanın tapşırığı ilə tanınmış teleaparıcı Rafiq Hüseynovun barelyefi hazırlandı - FOTOLAR
18.02.2019, 18:58

Mehriban Əliyevanın tapşırığı ilə tanınmış teleaparıcı Rafiq Hüseynovun barelyefi hazırlandı - FOTOLAR

Büdcədə 800 milyon manatdan çox qalıq YARANDI
18.02.2019, 18:50

Büdcədə 800 milyon manatdan çox qalıq YARANDI

Məhkəmə insan alverinə görə həbs olunan 26 yaşlı qadını azadlığa buraxdı
18.02.2019, 18:42

Məhkəmə insan alverinə görə həbs olunan 26 yaşlı qadını azadlığa buraxdı

“Star” Azərbaycanın Türkiyəyə ən böyük yatırımıdır - Şamil Ayrım
18.02.2019, 18:34

“Star” Azərbaycanın Türkiyəyə ən böyük yatırımıdır - Şamil Ayrım

Məni vurmaq üçün hər cür şeytani əməllərə əl atdılar - AzTV-nin eks-müxbiri   
18.02.2019, 18:27

Məni vurmaq üçün hər cür şeytani əməllərə əl atdılar - AzTV-nin eks-müxbiri  

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıtdı - FOTO
18.02.2019, 18:21

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıtdı - FOTO

İlk verilişin ilk təəssüratı
18.02.2019, 18:15

İlk verilişin ilk təəssüratı

Əlilliyin müəyyən olunmasında yeni meyarlar tətbiq olunacaq - Nazir
18.02.2019, 18:08

Əlilliyin müəyyən olunmasında yeni meyarlar tətbiq olunacaq - Nazir

Qarabağ İcmasının üzvləri Ombudsmanın yanına gəldilər   
18.02.2019, 18:01

Qarabağ İcmasının üzvləri Ombudsmanın yanına gəldilər  

Dünyanın ölkələrinin vətəndaşları Xocalıya ədalət istədilər - VİDEO
18.02.2019, 18:01

Dünyanın ölkələrinin vətəndaşları Xocalıya ədalət istədilər - VİDEO

Şəmkirdə qızına təcavüz edən ata həbs olundu   
18.02.2019, 17:53

Şəmkirdə qızına təcavüz edən ata həbs olundu  

İlham Əliyevin hər bir uğuru Əli Kərimlini stressə salır - Əli Həsənovun YAZISI
18.02.2019, 17:49

İlham Əliyevin hər bir uğuru Əli Kərimlini stressə salır - Əli Həsənovun YAZISI

Tələbələr 9 quruma təcrübəyə göndərildilər   
18.02.2019, 17:41

Tələbələr 9 quruma təcrübəyə göndərildilər  

Koçaryanın oğluna qarşı da cinayət işi açıldı
18.02.2019, 17:35

Koçaryanın oğluna qarşı da cinayət işi açıldı

Manatın sabaha olan məzənnəsi
18.02.2019, 17:34

Manatın sabaha olan məzənnəsi

Yaradılan qiymət artımı ajiotajının səbəbi nədir?
18.02.2019, 17:31

Yaradılan qiymət artımı ajiotajının səbəbi nədir?

Maaşlar, pensiyalar bundan sonra da qaldırılacaq - Prezidentlə sumqayıtlıların maraqlı DİALOQU 
18.02.2019, 17:21

Maaşlar, pensiyalar bundan sonra da qaldırılacaq - Prezidentlə sumqayıtlıların maraqlı DİALOQU 

“Ermənistan cəmiyyəti müharibəyə hazır deyil” – Keçmiş kəşfiyyatçı
18.02.2019, 17:14

“Ermənistan cəmiyyəti müharibəyə hazır deyil” – Keçmiş kəşfiyyatçı

Nazirliyin əməkdaşları Almaniya təcrübəsini öyrəndi
18.02.2019, 17:03

Nazirliyin əməkdaşları Almaniya təcrübəsini öyrəndi

Milli Məclisin komitə sədrləri gənclərlə görüşdü
18.02.2019, 16:45

Milli Məclisin komitə sədrləri gənclərlə görüşdü

ARXİV