Modern.az

Sabah 41 dərəcə isti olacaq

Sabah 41 dərəcə isti olacaq

29 İyul 2010, 11:58

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında iyulun 29-də hava şəraitinin günəşli keçəcəyi, şimal-şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gündüz 36-39 dərəcə isti olacaq.
İyulun 30-da hava şəraitinin günəşli keçəcəyi, şimal-şərq küləyinin əsəcəyi, gündüz cənub-şərq küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə 24-27 dərəcə, gündüz 36-39 dərəcə, bəzi yerlərdə 41 dərəcə isti təşkil edəcək.

İyulun 31-də hava şəraitinin günəşli keçəcəyi, şimal-şərq küləyinin əsəcəyi, gündüz cənub-şərq küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə 24-27 dərəcə, gündüz 36-39 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında

İyulun 29-da hava şəraitinin günəşli keçəcəyi, şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gündüz 37-40, bəzi yerlərdə 42 dərəcə, dağlarda gecə 15-20 dərəcə, gündüz 28-33 dərəcə isti təşkil edəcək.

30-31 iyulda hava şəraitinin günəşli keçəcəyi, şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 22-27 dərəcə, gündüz 37-40 dərəcə, bəzi yerlərdə 42 dərəcə, dağlarda gecə 15-20 dərəcə, gündüz 29-34 dərəcə isti təşkil edəcək.
 
Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır